Zəfər Gününə həsr olunmuş "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb - FOTO

Zəfər Gününə həsr olunmuş "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb - FOTOAzərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Böyük Qayıdış" Gənclər Təşkilatının və "Gənc SİMA" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsi yekunlaşıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və qətiyyəti, xalqımızın birliyi və yenilməz ordumuzun rəşadəti hesabına Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunan düşərgənin keçirilməsində məqsəd gənclərin hərbi-fiziki hazırlığını yüksəltmək, onları idmana və sağlam həyat tərzinə təşviq etmək, gənclərdə vətənpərvərlik və həmrəylik hissini daha da gücləndirmək olub.

Artıq ikinci ildir ki, təşkil olunan və gənclər tərəfindən böyük maraqla qarşılanan düşərgədə iştirak üçün 800-ə yaxın gənc müraciət edib. Paytaxtla yanaşı, müxtəlif regionlardan müraciət edən gənclər arasından yaşı 17-25 həddində olan, həqiqi hərbi xidmətə yollanmamış, ilkin qeydiyyat və müsahibə mərhələlərini uğurla keçən oğlanlar və qızlar düşərgədə iştirak şansı qazanıblar.

Bu il "Zəfərimiz" şüarı altında açıq hava şəraitində beş gün davam edən düşərgədə gənclər "Vaşaqlar", "Dəniz pişikləri", "Canavarlar", "Yarasalar", "Şahinlər", "Əqrəblər" və "Kobralar" adlı komandalar şəklində iştirak ediblər. Düşərgə müddətində gənclərə simulyativ hərbi əməliyyat proqramı əsasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizir heyəti tərəfindən sıra hazırlığı, ilkin tibbi hazırlıq, topoqrafiya, kəşfiyyat, mühəndis-istehkam, dağçılıq, kütləvi qırğın silahlarından müdafiə hazırlığı, ekstremal şəraitdə həyatda qala bilmə, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər keçirilib, antiterror əməliyyatının simulyasiyası, gənclər üçün hərbi idman oyunları, intellektual yarışlar, ocaq ətrafında döyüşçülərlə söhbətlər və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlər təşkil olunub. Həmçinin düşərgə iştirakçılarının hazırlığının yoxlanılması məqsədilə düşərgənin dördüncü günündə bütün şəxsi heyət həyəcan siqnalı ilə qaldırılıb. Düşərgənin şəxsi heyəti daimi dislokasiya məntəqəsini tərk edərək şərti cəmləşmə rayonuna hərəkət edib.

Düşərgənin Qax rayonunun İlisu kəndində noyabrın 10-da keçirilən bağlanış tədbiri Dövlət Himninin səsləndirilməsi, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Bağlanış tədbirində Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax bölməsinin rəisi mayor Elşən Əhmədov, Qax rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov, "Böyük Qayıdış" Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov, təşkilatın idarə heyətinin üzvləri, Qarabağ qaziləri və Vətən Müharibəsi Qəhrəmanları iştirak ediblər.

Çıxışlardan sonra tədbir düşərgə iştirakçılarının təqdimatında hərbi proqramın nümayişi, vətənpərvərlik ruhunda biri-birindən maraqlı şeir, musiqi və rəqs nömrələri ilə davam edib.

Sonda 120 gəncin iştirakı ilə baş tutan "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsinin qalib komandası müəyyənləşib. Beş gün boyunca yüksək nizam-intizam və fəaliyyətlərdə daha aktiv iştirak edən, qiymətləndirmə meyarları üzrə ən yüksək nəticə göstərən "Dəniz pişikləri" komandası 2022-ci il üzrə düşərgənin qalibi elan olunub. Qalib komandaya kubok, medal və hədiyyələri düşərgənin təlimatçıları və Vətən müharibəsi qaziləri təqdim ediblər.

Düşərgənin hər il təkmilləşdirilmiş formada və daha çox gəncin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Zəfər Gününə həsr olunmuş "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb - FOTOZəfər Gününə həsr olunmuş "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb - FOTOZəfər Gününə həsr olunmuş "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb - FOTOZəfər Gününə həsr olunmuş "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb - FOTOZəfər Gününə həsr olunmuş "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb - FOTOZəfər Gününə həsr olunmuş "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb - FOTOZəfər Gününə həsr olunmuş "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1435   Tarix: 12 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021