Rusiyalı deputatlar Azərbaycanla sərhədə də gəldilər
Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş komitəsinin sədr müavini Kazbek Taysayevin rəhbərliyi ilə parlament nümayəndə heyətinin Ermənistana səfəri davam edir.
Nümayəndə heyəti İstisu (Cermuk) istiqamətdən Azərbaycanla sərhədə də baxış keçirib və rəsmi İrəvanın təbliğatına uyğun 13-14 sentyabr hadisələri ilə bağlı informasiyalar alıb. Taysayev vilayətin qubernatoru ilə görüşüb.
Daha sonra rusiyalı deputatları Paşinyanın əsas rəqibi sayılan Bütün Ermənilərin Katolikosu II Qaregin qəbul edib. Qaregin rus-erməni dostluğundan, Rusiya rəsmilərinin Ermənistana tez-tez səfər etməsinin vacibliyindən danışıb, 44 günlük savaşın və sentyabr toqquşmasının nəticələri haqda qonağı məlumatlandırıb, ona Azərbaycanın "aqressiyasından" bəhs edib.
Rusiya nümayəndə heyəti Şirak vilayətinə də gedib və qubernatorla görüş keçirib. Bu isə o deməkdir ki, rusiyalı deputatlar Zəngəzurdan Gürcüstan sərhədinə qədər, Ermənistanı gəzməklə məşğuldurlar./Axar
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb