Rusiya qoşunlarının Xersondan çıxarılması Kremldaxili parçalanmaya səbəb olur
İşğalçı qüvvələrin Xersondan çıxarılması Rusiya Prezidenti Vladimir Putinlə "qırğı" fraksiyası arasında parçalanmaya səbəb olur.
Bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu gəlib.
İnstitutunun hesabatına görə, Putinin hərbi qüvvələrinin Ukrayna hökumətini devirmək və bütün Ukraynanı ələ keçirmək kimi maksimalist məqsədlərinə nail ola bilmədiyi üçün ifrat ideoloji müharibəmeyilli seçicilərin bir hissəsini sakitləşdirmək getdikcə çətinləşir.
Vladimir Solovyov kimi ifrat sağçı təbliğatçılar getdikcə Kremldən və ali hərbi komandanlıqdan Ukraynanın məhv edilməsi ilə bağlı bütün vədləri yerinə yetirməyi tələb edirlər.
Xersonun itirilməsi Kerç körpüsünün partladılmasından sonra tərəfdarlarının gözündə Putin üçün yeni məğlubiyyətdir.
Analitiklər Putinin tənqid dalğasını "demək olar ki, misli görünməmiş" adlandırırlar. Yəqin ki, televiziyada senzuranın artması da bununla əlaqədardır, çünki bir çox təbliğatçılar geri çəkilmənin fəsadlarını ya gözardı edir ya da yüngül formada təqdim etməyə çalışır.
Eyni zamanda nizami qoşunların və Putinin Xersonda məğlubiyyəti "vaqnerçilər"in və onların lideri Priqojinin təsirini daha da gücləndirir./Report
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1130 Tarix: 13 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pakistanda məktəbin damının uçması nəticəsində 18 nəfər həlak olub
Pakistanda məktəb damının çökməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, onlardan 17-si uşaqdır. xəbər verir ki, bundan əvvəl "Dawn" qəzeti dörd nəfərin öldüyü və 20 nəfərin yaralandığı barədə məlumat vermişdi. Nəşr bildirib ki, "Cümə axşamı günü özəl məktəbin damının uçması nəticəsind
15 oktyabrArtıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14 oktyabrZelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ukrayna artıq ABŞ nümayəndələri ilə yeni görüşün keçirilməsi barədə danışıqlar aparır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. "Bilirəm ki, bizim komandamız onlarla daim əlaqə saxlayır. Düşünürəm ki, yaxın günlərdə bu və ya digər səviyyədə görü
16 oktyabrLavrov Tehrana səfər edəcək
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə
16 oktyabrİstanbulda leysan davam edir, 2 nəfər öldü - Video
Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatın
15 oktyabrZelenski Britaniyada səfərdədir
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir. "Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Artıq komanda ilə birlikdə Britaniyadayıq. Bu gün Kral II Çarlzla qəbul planlaşdırılıb. Həmçinin Baş nazir Endi Börnheml
14 oktyabr