Xaçmazda oğru girdiyi evlərdəki qadınlara təcüvüz etməyə çalışıb... - Biri hamilə olub
Xaçmazda oğurluğa girdiyi evlərdə qadınlara təcavüz etməyə cəhd göstərən şəxsə hökm oxunub.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1990-cı il təvəllüdlü, Xaçmazın Qaraçı kəndində qeydiyyatda olan Kənan Quliyev (soyad şərtidir) 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun törətdiyi ilk əməl 2020-ci ilin 24 sentyabr tarixində, digər cinayət hadisəsi isə 23 iyun 2021-ci ildə baş verib.
Epizodların birində Kənan evə daxil olan zaman ev sahibi Aysel Qulamova (ad-soyad şərtidir) hamamda olub. Aysel hamamdan çıxdığı zaman onunla qarşı-qarşıya gəlib. Bu zaman Aysel qışqırmağa başlayıb, Kənan isə mətbəxdən götürdüyü bıçaqla onu qorxudub. Davamında isə təcavüz etməyə çalışsa da, Aysel müqavimət göstərməyi bacarıb. Cinayətkar qadına zərbələr və bıçaqla xəsarət yetirsə də, Aysel təslim olmayıb. Qadınla bacarmadığını görən Kənan evdən qaçıb. Aysel isə qonşuluğa qaçaraq qışqırmağa, hadisə barədə məlumat verməyə başlayıb. Davamında isə hadisə yerinə polis əməkdaşları gələrək qadının izahatını alıblar.
Digər cinayət epizodu da eyni ərazidə baş verib. Kənan bu dəfə Ayselin qonşuluğunda azyaşlı övladları ilə yaşayan Nigar Səlimovanın (ad-soyad şərtidir) evinə qanunsuz daxil olub. Bu zaman Nigar övladlarını marketə çörək almağa göndəribmiş. Kənan evə daxil olan zaman yenə eyni məqsədlə Nigarı hədələyib. Nigar isə daha ağıllı davranaraq, evində kamera olduğunu, hazırda evin həyat yoldaşı tərəfindən izlənildiyini deyib. Bundan sonra Kənan Nigara evdən həyətə çıxmağa məcbur edib. Elə bu anda darvaza döyülüb, Nigarın övladları marketdən qayıdıb. Kənan Nigara uşaqları evə salmağı, özünün isə bağa gəlməyini tapşırıb. Qadın isə davrazanı açaraq uşaqlara qaçmağı tapşırıb, özü də qonşusugilə qaçıb. Baş verən hadisə zamanı Nigar cinayətkar şəxsin üzünü tam görüb.
Onu da bildirək ki, Nigar Səlimova hadisə baş verən zaman 6 aylıq hamilə olub.
O, daha sonra qonşuluqda da oxşar hadisə baş verdiyini öyrənib. Polis şöbəsində isə hər iki əməli törədən şəxsin Kənan Quliyev olduğu müəyyənləşib. Bu, zərərçəkənlərin üzləşdirilməsi zamanı baş verib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabrRəqsanə İsmayılovaya ağır itki
Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların
24 sentyabrMingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10 oktyabrSerenay Sarıkaya Paris Moda Həftəsində dünya ulduzları ilə eyni podiumda
Türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsində dünya şöhrətli ulduzlarla eyni podiumu bölüşüb. xarici mediaya istinadla xəbər verir ki, Eyfel qülləsinin qarşısında keçirilən möhtəşəm dəfilədə iştirak edən Sarıkayanın çıxışı sosial mediada böyük diqqət çəkib. 34 yaşlı aktrisa brend səfiri olduğ
29 sentyabrOğlu buna görə Fatimə ilə yaşamır
Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı
10 oktyabr10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl
27 sentyabrCim Kerri üçüncü dəfə gizli evləndi
Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss
1 oktyabrNaomi Kempbell Bakıda - Video
Məşhur model Naomi Kempbell Azərbaycana gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə 56 yaşlı model sosial şəbəkə hesabında paylaşım edib. O, Bakıda Formula 1 oyunları münasibətilə təşkil olunan gecədə iştirak edib. Qeyd edək ki, bu, Naominin Bakıya ilk səfəri deyil. Belə ki, o, iki il əvvə
24 sentyabr"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO
Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram
3 oktyabr