Güneyli doğmalarımızın Xudafərin sevinci: "Azərbaycan var olsun, istəməyən kor olsun!" – VİDEO

Güneyli doğmalarımızın Xudafərin sevinci: "Azərbaycan var olsun, istəməyən kor olsun!" – VİDEO44 günlük Vətən müharibəsinin gedişində Prezident İlham Əliyevin rəsmi "Twitter" səhifəsində paylaşdığı növbəti qələbə müjdələrindən biri də Xudafərinlə bağlı idi: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"

İki il öncə Ordumuzun bölmələrinin Xudafərində üçrəngli dövlət bayrağımızın qaldırması hərbi-strateji nailiyyət olmaqla yanaşı, həm də tarixi ədalətin bərpası kimi böyük əhəmiyyət daşıyırdı.

Yüz illər boyu Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüləri xalqımız üçün təkcə iqtisadi deyil, həm də mənəvi əhəmiyyət daşıyıb, milli birliyimizi möhkəmləndirib, el arasında deyildiyi kimi, Arazın o tayı ilə bu tayının sevincini, kədərini bölüşüb.

Arazboyu ərazilərin işğaldan azad edildiyi günlərdə o taydakı soydaşlarımız ordumuzun sürətli əks-hücumunu maraqla, fərəh hissi ilə izləyir, hərbçilərimizi alqışlayırdılar. Əsgərlərimizlə birlikdə "Yaşasın Azərbaycan!", "Azərbaycan var olsun, istəməyən kor olsun!" şüarları səsləndirən güneyli doğmalarımız Ordumuzun qələbəsini bayram edirdilər.

Bu, xalqımızın həmrəyliyinin, cənublu qardaş-bacılarımızın müstəqil dövlətimizə sevgisinin, onun gücünə, qüdrətinə heyranlığının nümayişi idi. Xudafərin körpüləri yüz illərin sınağından keçib gələn yurddaşlığın, dostluğun, qardaşlığın, doğmalığın və milli qürurun şahididir.

Bu körpülər daim var olacaq, xalqımızın birliyi yolunda o taylı – bu taylı Azərbaycanın tarixi nailiyyətlərinə yenə şahidlik edəcəkdir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2104   Tarix: 13 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr