Edam zamanı özünə "atəş" əmrini verən nasist

Edam zamanı özünə "atəş" əmrini verən nasistMüasirləri onu maraqlı bir ifadə ilə xarakterizə ediblər: "Hans Rauter anadan nasist doğulub..." Sözsüz ki, bu ifadə təsadüfi işlədilməyib. Bütün şüurlu həyatını nasist ideologiyasına, nasist fəaliyyətinə həsr edən Rauter II Dünya müharibəsi tarixində ən qəddar bir sima kimi yadda qalıb...

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, 1895-ci ildə Avstriyanın Klagenfurt şəhərində anadan olan Hans Rauter gimnaziyada təhsilini başa vurduqdan sonra Qrats Texniki Universitetinin mühəndislik fakültəsinə qəbul olunub. Hərbi xidmətdən möhlət hüququ olmasına baxmayaraq I Dünya müharibəsi başlananda Rauter könüllü olaraq Avstriya ordusuna yazılıb, dağ motoatıcı qoşunlarında xidmətə başlayıb.

Müharibədən sonra Rauter 1919-cu ildə Avstriyada "Xeymver" milli hərbiləşdirilmiş birliyin yaradılmasında fəal iştirak edib və 1921-ci ildə ilk dəfə Adolf Hitlerlə görüşüb. "Xeymver" nasist ideologiyasının daşıyıcısı olduğundan Hitlerin bu birliklə sıx əlaqələri olub. Məhz "Xeymver"in fəaliyyəti Hitlerlə Rauteri biri-birlərinə daha da yaxınlaşdırıb.

1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Rauterin karyerasında yeni mərhələ başlanıb. Əvvəlcə o, partiyanın Avstriya üzrə idarəsində vəzifə alıb, sonra SS-də xidmətə başlayaraq reyxsfürer Henrix Himmlerin qərargahında zabit kimi fəaliyyətini davam etdirib. 1938-ci ildə isə Rauter Reyxstağa deputat seçilib. Onun namizədliyi birbaşa Hitler tərəfindən verilib.

1940-cı ildə Almaniya Niderlandı işğal etdikdən sonra Rauter bu ölkədə SS-in rəhbəri təyin edilib. Himmlerin sağ əli kimi tanınan Rauter Niderlandda özünü, "bacarığını" sübut etməyə imkan tapıb. Cəmi bir neçə sutkadan sonra o, "Niderlandın baş cəlladı" kimi ad çıxarıb.

Rauterin "gərgin" əməyi sayəsində iki il ərzində Niderlanddan 110 min yəhudi düşərgələrə göndərilib. Təkcə 1941-1942-ci illərdə 300 mindən artıq niderlandlı Almaniyaya göndərilərək məcburi əməyə cəlb edilib. Onların əmlakı isə müsadirə olunaraq Rauterin sərəncamında saxlanılıb.

General-mayor rütbəsinə qədər yüksələn Rauter Niderlandda ildə bir neçə dəfə SS rejimini daha da sərtləşdirən əmrlərə imza atıb. Ərazidə xidmət edən nasistlərə qarşı yerli sakinlərdən ən kiçik bir müqavimət kütləvi həbslərə səbəb olub. Əgər bir nəfər nasist Niderland Müqavimət Hərəkatı üzvləri tərəfindən öldürülübsə, həmin bir nəfərin əvəzinə Amsterdamın mərkəzində kütlələr qarşısında üç nəfər edam edilib.

Rauterin yerli əhaliyə qarşı amansız münasibəti təkcə həbslərlə, edamlarla yekunlaşmayıb. 1943-cü ilin sərt qışında o, ölkənin şimal hissəsinə ərzaq daşıyan yük maşınlarının yolunu bağlayaraq maşınların mənzil başına çatmasına imkan verməyib və 20 gün ərzində həmin yollar SS tərəfindən bağlı saxlanılıb. Bunun nəticəsi olaraq Niderlandın şimal bölgəsində 20 mindən artıq yerli sakin aclıqdan ölüb.

Rauterin göstərişi ilə ölkənin ayrı-ayrı bölgələrində çörək zavodlarında, digər ərzaqlar istehsal edən müəssisələrdə heç bir səbəb olmadan yoxlamalar aparılıb. Bu cür yoxlamalar bir neçə gün davam edərək müəssisələrin işini iflic vəziyyətinə salıb ki, bu da süni ərzaq qıtlığına səbəb olub.

1940-1945-ci illərdə Rauter Amsterdamda min nəfərdən artıq ziyalını, tanınmış elm, mədəniyyət, incəsənət xadimini həbsə göndərərək paytaxtın ictimai mühitində nasist ab-havası yaradıb.

Ümumilikdə Rauterin Niderlandda SS rəhbəri kimi fəaliyyət göstərdiyi dövrdə, 1940-1945-ci illərdə 200 mindən artıq insan məhv edilib. Onların əsas hissəsi isə yəhudilər olub.

1945-ci ilin may ayında Rauter Britaniya hərbçiləri tərəfindən həbs edilib. Onu mühacirətdən qayıdan Niderland hökumətinə təhvil veriblər.

Rauterin istintaqı 3 il davam edib. 1948-ci ildə 76 cilddən ibarət cinayət içi Haaqa məhkəməsinə göndərilib. Məhkəmə prosesində Rauterin bütün cinayətləri faktlarla sübuta yetirilib. Özünü çox soyuqqanlı aparan nasist cəllad ittihamlara sükutla cavab verib. Ona son söz veriləndə də özünü günahkar saymayıb:

"Mən hərbi rütbə daşımışam və rütbəni daşımağa başlayanda bütün əmr və göstərişləri müzakirə etmədən icra etməyə and içmişəm. Əsl hərbçilər öz andlarına sadiq olurlar. Mən də onlardan biriyəm. Əməllərimə, fəaliyyətimə görə peşmançılıq hissi keçirmirəm. Özümü bir general kimi xoşbəxt sayıram ki, fürerin əmr və göstərişlərini vicdanla yerinə yetirmişəm. Əmri yerinə yetirən bir general haqqında ittihamların irəli sürülməsini isə yersiz və mənasız sayıram, o cümlədən bu ittihamları qəbul etmirəm..."

4 gün davam edən məhkəmə onun haqqında ən ağır hökm, güllələnmə hökmü çıxarıb. Vəkilləri hökmlə bağlı kasasiya şikayəti veriblər. Yuxarı instansiyalar şikayəti təmin etməyib, hökm qüvvəsində qalıb.

Beləliklə, 25 mart 1949-cu ildə Rauter edam üçün Niderlandın Sxefennigen şəhərinə aparılıb. Edam kürsüsünə çıxarılanda o, holland dilində "atəş" əmrini verərək özü öz edamının hökmünü verib. Nasist cəlladın harada dəfn olunması isə məxfi saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1892   Tarix: 13 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

ABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib

ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları

15 oktyabr
.

Böyük Britaniyada Sky şirkətinin ITV-ni satın almasına hökumət müdaxilə edə bilər

Böyük Britaniya hökuməti Sky şirkətinin ITV telekanalının yayım və striminq bölməsini 1,6 milyard funt sterlinqə satın alması planını araşdırmağa hazırlaşır. Mədəniyyət naziri Lisa Nandi sövdələşmənin ictimai maraqlara təsirini qiymətləndirmək üçün müdaxilə edə biləcəyini bildirib. The Guardian-a istinadə

16 oktyabr
.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15 oktyabr
.

İstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb

Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, iki gündür axtarışları davam edən 4 itkin şəxsdən daha birinin nəşi sel sularından çıxarılıb və bununla da ölənləri

16 oktyabr
.

Belçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək

Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib

16 oktyabr
.

İran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib

İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs

16 oktyabr
.

Çində 500 kq-a qədər yük qaldıra bilən 4 metr hündürlüyündə robot təqdim edilib

Çinin NeodraDynamics şirkəti böyük fiziki güc tələb edən sənaye tapşırıqlarını yerinə yetirmək üçün hazırlanmış ağır humanoid Neo1 robotunu təqdim edib. xəbər verir ki, maşın hidravlik və elektrik mühərriklərini birləşdirir və tərtibatçıların sözlərinə görə, təxminən 500 kq ağırlığında yükü hər iki əll

16 oktyabr
.

Niderland Aİ ölkələrini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb

Niderlandın Baş naziri Rob Yetten Avropa İttifaqının (Aİ) liderlərini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb. "Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi xəbərə görə, o, bunu Aİ Şurasının ikigünlük iclasında jurnalistlərə bəyan edib. "Bütün Avropa liderlərini maliyyə

15 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

15 oktyabr