"Ermənilərin xəmiri terror və vandalizmlə yoğrulub" - Deputat
Xəbər verdiyimiz kimi, İstanbulun İstiqlal Prospektində partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. İstanbulun mərkəzində törədilən partlayışa görə məsuliyyəti erməni terror təşkilatı olan "ASALA" üzərinə götürüb.Bu barədə erməni telegram kanalları məlumat yayıb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, İstanbulda törədilən partlayış bəşəriyyətə yönəlmiş növbəti vəhşilik və terrordur:
"Döyüş meydanından qorxub qaçan erməni terrorçuları hər zaman mülki vətəndaşlar üzərində bu cür "güc şousu"nu göstərirlər. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Türkiyə hər zaman bizim yanımızda olaraq əsl qardaşlıq nümunəsi göstərir. Bu da, təbii ki, erməniləri və havadarlarını narahat edir. Ona görə də müxtəlif terror aktları ilə Türkiyəni qorxutmağa çalışırlar. Biz heç bir zaman haqq savaşımızdam geri çəkilməyəcəyik. Erməni terrorçuları və onun havadarları bunu yaxşı dərk etməlidir".
Deputat vurğulayıb ki, ermənilərin xəmiri terror və vandalizmlə yoğrulub:
"Bir qədər keçmişə nəzərə salsaq görərəik ki, ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti yeni deyil. 1970-1980-ci illərdə "ASALA" və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetirib, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, həmçinin, 24 türk diplomatını qətlə yetiriblər. Dünən İstanbulda törədilən partlayış da növbəti erməni terrorudur.
Eləcə də ermənilər tarix boyu xalqımıza qarşı insanlığa sığmayan cinayətlər və qırğınlar törədiblər. Bu günə kimi ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı və qırğınlar nəticəsində yüz minlərlə dinc soydaşımız vəhşicəsinə qətlə yetirilib. Ermənilərin dinc əhaliyə qarşı törətdiyi ən qanlı qırğınlardan biri də Xocalı soyqırımıdır. Həmçinin, 1994-cü il martın 19-da və iyulun 3-də Bakı Metropolitenində iki terror aktı törədiblər. Karen Baqdasaryan və Seyran Sarkisyan tərəfindən təşkil olunan bu terror aktlarında 27 nəfər həlak olub və 91 nəfər yaralanıb. Ona görə də bu gün erməni terrorçularından hər cür vəhşilik gözləmək olar.
Əminəm ki, qardaş Türkiyə hökuməti terror nəticəsində həlak olan və yaralanan qardaşlarımızın qanını yerdə qoymayacaq. Türkiyə hüquq mühafizə orqanları bu partlayışı törədənləri tezliklə tapıb ağır cəzalandıracaq. Baş verən terror aktı ilə bağlı mən də öz adımdan qardaş Türkiyə xalqına başsağlığı verir, həlak olanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb