Bakıda sükan arxasına keçən azyaşlı ilə bağlı DİN hərəkətə keçdi - VİDEO - YENİLƏNİB
"Azyaşlı uşağa maşın idarə etməyə şərait yaratmaq onu çox istəmək deyil. Bu həmin uşağın tərbiyəsinə birbaşa mənfi təsir edir".
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri məsələyə münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, yol hərəkəti qaydaları kimi həyati əhəmiyyətli qaydaları pozmaq, cəmiyyətə mənfi nümunə olmaq yolverilməzdir:
"Sürücülük hüququnun olmaması kifayət qədər ağır məsələdir, qaldı ki, azyaşlı uşağa sükan əmanət etmək. Qanunla 12 yaşı tamam olmayan uşaqlar avtomobilin ön oturacağında xüsusi oturacaq olmadan otura bilməzlər. Bu təfəkkür, bu cür düşüncəsiz davranışlar sabah o uşaqların yol hərəkəti qaydalarına laqeyd yanaşmalarına zəmin yaradacaq. Uşağın düşüncə tərzinə mənfi nüanslar aşılamaq olmaz. Bunun hüquqi məsuliyyəti var. Ondan əlavə də cəmiyyət özü bu cür məsələlərə qarşı ictimai qınaq formalaşdırmalıdır. Məsələ ilə bağlı polis tərəfindən hüquqi qiymət veriləcək. Bu hadisənin misalında cəmiyyəti bu cür yanlış hərəkətlərdən çəkinməyə, bunu qəhrəmanlıq kimi ictimailəşdirməyə can atmamağa çağırış edirik".
10:50
Bakıda azyaşlı uşağın sükan arxasına keçməsi müzakirələrə səbəb olub.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, görüntülər "Instagram" sosial şəbəkəsində yayılıb. Belə ki, yan oturacaqda valideyninin nəzarəti altında təxminən 6-7 yaşlı uşaq Zığ şosesi boyunca sükan arxasına keçərək avtomobili idarə edib. Çəkiliş boyunca uşağa "bir az yavaş sür" deyildiyi eşidilir.
Videogörüntülər sosial şəbəkə istifadəçiləri arasında fikir ayrılığına səbəb olub. Bir qrup insan buna müsbət reaksiya verərək "əhsən" deyib. Digər bir qrup isə bunun həm uşaq, həm də digər hərəkət iştirakçıları üçün təhlükəli olduğunu yazaraq irad bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2083 Tarix: 14 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - Video
Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb. -ə istinadən xəbər verir ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib. Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginli
16 oktyabrBU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə
15 oktyabrƏhalinin son sayı - Açıqlandı
İlin əvvəlindən ölkə əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10279796 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 0 oktyabr 2026-cı ilədə
16 oktyabrAzərbaycanda yeni qanun qəbul ediləcək
Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək
16 oktyabrAzərbaycanda gənc əsgər vəfat etdi - Foto
Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki
15 oktyabrBakıda və Abşeronda hava iki gün tozlu olacaq
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini
15 oktyabr