"Türkiyə bir neçə istiqamətdə terrorçuluğa qarşı mübarizə aparır" - Deputat
"İstambul şəhərinin İstiqlal küçəsindəki partlayış terror aktıdır. Həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa arzulayıram".
Bu sözləri Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, son illər qardaş Türkiyə bir neçə istiqamətdə terrorçuluğa qarşı mübarizə aparır:
"Suriya və İraqda, eləcə də, daxildə PKK, PYD, İŞİD, YPG kimi terror təşkilatlarının neytrallaşdırılmasına, Türk Silahlı Qüvvələri ilə yanaşı, jandarma hissələri amansız mücadilə verir. Problemin mürəkkəbliyi ondan ibarətdir ki, terrorçuların məskunlaşdığı düşərgələr, yüksək dağlıq ərazilərdəki mağaralarda yerləşir və ələlxüsus, bir çox xarici dövlətlər tərəfindən silahlarla, maliyyə resursları ilə, digər kommunikasiya xidmətləri ilə təmin olunur. Həmin ölkələr Türkiyənin günü-gündən güclənməsini, iqtisadi-texnoloji-hərbi inkişafını, beynəlxalq müstəvidə söz sahbinə çevrilməsini, haqqı pozulmuşların yanında olmasını həzm edə bilmir, bütün imkanları ilə, Türkiyəni özlərinin təsir dairəsində saxlamağa cəhd edirlər".
Deputat vurğulayıb ki, gələn il türk dünyası üçün taleyüklü prezident seçkiləri keçiriləcək:
"Seçkilər yaxınlaşdıqca qardaş ölkəyə qarşı iqtisadi, sosial, eyni zamanda müxtəlif destruktiv xarakterli təzyiqlər gözlənilir. Düşünürəm ki, həmin qüvvələrin bütün səyləri boşa çıxacaq. Türkiyə həm terror təşkilatlatlarına, həm də onlara dəstək verənlərə layiqli cavab vermək iqtidarındadır. İnşəallah, seçkilərdən sonra daha da güclənəcək, Azərbaycanla, digər qardaş ölkələrlə birlikdə xoşbəxt gələcəyi quracaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb