"Azərbaycan və Türkiyənin uğurlarını qəbul etməyən qüvvələr gec-tez cavablarını alacaqlar" - Deputat
"Türkiyənin İstanbul şəhərində törədilən terror növbəti erməni barbarlığıdır".
Bu sözləri Sonxeber.az-a danışan deputat İqbal Məmmədov söyləyib.
O vurğulayıb ki, hələlik rəsmi olmasa da, sosial şəbəkədə yayılan məlumata görə, İstanbulun mərkəzində törədilən partlayışa görə məsuliyyəti erməni terror təşkilatı olan "ASALA" öz üzərinə götürüb:
"Əslində bu bizi təəccübləndirmədi. Tarixə nəzər yetirsək, görərik ki, "ASALA"nın dünən törətdiyi terror aktı ilk deyil. Belə ki, 1970-1980-ci illərdə "ASALA" və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetirib, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, həmçinin, 24 türk diplomatını qətlə yetiriblər. Qardaş Türkiyə tək daxildə deyil, həm də Suriya və İraqda PKK, PYD, İŞİD, YPG kimi terror təşkilatları ilə də mübarizə aparır. Bu günə kimi xeyli sayda terrorçu zərərsizləşdirilib. Əminəm ki, İstanbulda 6 nəfərin ölümünə, 81 nəfərin yaralanmasına səbəb olanlar layiq olduqları cəzanı alacaqlar. Artıq terroru törətməkdə şübhəli bilinən qadın həbs edilib. Digər səbəbkarlar da Türkiyə hüquq mühafizə orqanları vasitəsi ilə aşkara çıxarılaraq zərərsizləşdiriləcəklər".
Deputat vurğulayıb ki, PKK Türkiyəyə qarşı törətdyi terrorları təkbaşına həyata keçirmir:
"Bu gün PKK-nı dəstəkləyən ölkələr var. Amma onlar istədiklərinə nail ola bilməyəcəklər. Azərbaycan və Türkiyənin uğurlarını qəbul etməyən qüvvələr gec-tez cavablarını alacaqlar".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb