Ermənistan və İran Türkiyəyə başsağlığı verib
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İstanbulda baş verən terror hadisəsi ilə bağlı türkiyəli həmkarı Mövlud Çavuşoğluya başsağlığı verib.
Bu barədə o, "Twitter"də yazıb:
"İstanbulda baş verən partlayışda həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirəm".
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də İstiqlal küçəsində baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan partlayışla bağlı Türkiyəyə başsağlığı verib.
O, İranın terror hərəkatını qınadığını deyib.
"Türkiyənin və bu ölkənin millətinin təhlükəsizliyini hədəf alan hər cür terror hərəkatını qətiyyətlə qınayırıq. Dost və qardaş Türkiyə xalqının və hökumətinin yanındayıq", - deyə o bildirib.
İran XİN nümayəndəsi partlayışda həyatını itirənlərə rəhmət, yaralılara isə tezliklə sağalmalarını diləyib.
Qeyd edək ki, terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb