"Ukraynadan taxıl ixracı həyati əhəmiyyət kəsb edir" - İtaliya Baş naziri
İtaliyanın baş naziri Giorgia Meloni Ukraynadan taxıl ixracının həyati əhəmiyyət daşıdığını bəyan edərək, taxıl sazişinin davam etdirilməsi üçün beynəlxalq ictimaiyyətin səylərini dəstəklədiklərini bildirib.
Sonxeber.az xəbər verir ki, Meloni İndoneziyanın Bali şəhərində keçirilən G20 Liderlər Sammitinin qida, enerji və təhlükəsizlik sessiyasında çıxış edib.
"İndoneziya G20-yə sədrlik edəndə Rusiyanın Ukraynanı işğal edəcəyini və bunun iqtisadiyyatımıza və dünya nizamına dağıdıcı təsir göstərəcəyini proqnozlaşdırmaq mümkün deyildi", - deyə Baş nazir Meloni bildirib.
Meloni qeyd edib ki, enerji böhranı həm də möhtəkirlərin daha az təsirə malik olduğu və təchizatçı ölkələrin enerjidən digər ölkələrə qarşı silah kimi istifadə etmə ehtimalının daha az olduğu dünyanı daha dayanıqlı etmək üçün balanslaşdırılmış bazar qurmaq fürsəti də təklif edə bilər.
Meloni Ukraynadakı taxılın dünya bazarlarına çıxmasına imkan verən taxıl müqaviləsinə də toxunaraq, "Ukraynadan taxıl ixracı həyati əhəmiyyət kəsb edir. İtaliya da beynəlxalq ictimaiyyətin buğdanın Boğazdan keçməsinə davam etmək səylərini dəstəkləyir" deyib.
İtaliyanın Baş naziri həmçinin G20-yə əhəmiyyət verdikləri üçün bu gün burada olduqlarını və bu forumun qlobal məsələlərdə oynadığı rolun əhəmiyyətindən xəbərdar olduqlarını bildirib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 826 Tarix: 15 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İstanbulda leysan davam edir, 2 nəfər öldü - Video
Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatın
15 oktyabrÇinin "Zhuque-2E Y4" daşıyıcı raketi orbitə 10 peyk buraxıb
Çinin CGTN televiziya kanalı bildirib ki, Çin Yer səthini izləmək və peyk internet şəbəkəsi yaratmaq üçün orbitə 10 peyk buraxıb. xəbər verir ki, Zhuque-2E Y4 daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Jiuzhaigou Kosmik Stansiyasının yaxınlığındakı Dongfeng Kommersiya Kosmik İnnovasiya Sına
15 oktyabrRusiya Kiyevi vurdu: ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın bir neçə şəhərinə, o cümlədən Kiyev, Xarkov və Dneprə raket zərbələri endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, paytaxtın bir neçə enerji obyektinə zərbə vurulub, nəticədə şəhərin sol sahili qismən elektrikdən məhrum olub:. "Qoloseyevsk
14 oktyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15 oktyabrDünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15 oktyabrNiderland Aİ ölkələrini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb
Niderlandın Baş naziri Rob Yetten Avropa İttifaqının (Aİ) liderlərini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb. "Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi xəbərə görə, o, bunu Aİ Şurasının ikigünlük iclasında jurnalistlərə bəyan edib. "Bütün Avropa liderlərini maliyyə
15 oktyabrABŞ-da təyyarə qəzası: ölənlər var
ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm
15 oktyabr