Ombudsman Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb

Ombudsman Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıbAzərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb.

Bəyanatda deyilir:

"15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş "Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi" adlı qətnamə qərəzli, həqiqətdən kənar, ikili standartlara yönəlik bir kağız parçası olmaqla bərabər, Fransa Respublikasında beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqlarının süqut etdiyinin bariz göstəricisidir.

BMT-yə üzv olan bütün dövlətlərə, o cümlədən, Fransa dövlətinə münasibətdə məcburi xarakter daşıyan sənədlərdən biri də BMT-nin Nizamnaməsidir.

Beynəlxalq hüququn bir sıra əsas prinsiplərinin təsbit olunduğu BMT Nizamnəməsinin 2-ci maddəsini, 1975-ci il Helsinki Yekun Aktını və bu sənədlərdə təsbit olunmuş prinsipləri, xüsusilə, dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyünə və əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsiplərini bir daha Fransa Senatının üzvlərinə xatırladaraq qəbul edilən qətnamədə yer alan fikirlərin beynəlxalq hüququn sadalanan prinsiplərinə zidd olduğunu, Fransanın növbəti dəfə sülh prosesinə mənfi təsir göstərən, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradan qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir.

30 il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı heç bir fikir bildirməyən Fransa hökumətinin ölkəmizə bu cür münasibəti onun həm də insan hüquq və azadlıqlarına hörmətsizliyinin bariz nümunəsidir. Ermənistanın siyasi-hərbi hakimiyyətinin törətdiyi vandalizm aktları nəticəsində xeyli sayda uşaq və qadın olmaqla, minlərlə mülki şəxs həyatını itirib və ya yaralanıb, eyni zamanda regionda ciddi humanitar problemlər ortaya çıxıb.

BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi üzrə qətnamələri də icra olunmayaraq kağız üzərində qalıb. Azərbaycan Respublikası isə bütün bunlara baxmayaraq, Ermənistanla aralarında olan gərginliyi azaltmağa yönələn fəaliyyət həyata keçirib, dünya ölkələrindən beynəlxalq hüquq çərçivəsində haqlı mövqe sərgiləmələrini tələb edib.

Azərbaycan Ombudsmanı olaraq dəfələrlə Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətmiş olduğu müharibə cinayətləri, torpaqlarımızın davamlı olaraq minalarla çirkləndirilməsi, dörd mindən çox itkin düşmüş soydaşımızın taleyi barədə Ermənistan tərəfindən heç bir məlumatın verilməməsi və digər bu kimi beynəlxalq hüququn ümumbəşəri prinsiplərinə zidd olan hərəkətləri barədə beynəlxalq ictimaiyyətə ünvanladığım bəyanat və müraciətlərə Fransa hökuməti tərəfindən hər hansı münasibət bildirilməyib.

Bununla yanaşı, Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, 30 il işğal müddətində və 2020-ci il Vətən müharibəsindən sonra torpaqlarımızın minalarla çirkləndirilməsi ilə bağlı faktlar da qəbul edilən qətnamədə nəzərə alınmayıb.

Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya unutmayıb. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb, soyqırımı siyasəti yürüdüb, 1,5 milyon əlcəzairlinin ölümünə səbəb olub. Təəssüflə qeyd etmək istərdim ki, Fransa Senatının üzvləri tarixdən dərs götürmələri əvəzinə, bu qətnamə ilə milli-dini ədavəti qızışdırmaqla yeni münaqişə ocaqları yaratmaq istəyirlər.

Fransa Senatının bu qətnaməsini bir daha qətiyyətlə pisləyir, bölgədə sülh, sabitlik və tərəqqiyə xələl gətirəcək, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olacaq bir təxribatçı addım kimi qiymətləndirirəm".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 983   Tarix: 16 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr