"Bu cür gülünc qətnamələr və sərsəm açıqlamalar bizi haqq savaşımızdan döndərə bilməyəcək" - Deputat

"Bu cür gülünc qətnamələr və sərsəm açıqlamalar bizi haqq savaşımızdan döndərə bilməyəcək" - DeputatFransa Senatı noyabrın 15-də "Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi" adlı qətnamə qəbul edib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Fransa Senatının qəbul etdiyi sənəd işğalçını və terrorçunu dəstkləməyə xidmət edir:

"30 il ərzində işğala göz yuman və soydaşlarımıza qarşı törədilən soyqırımlara, vəhşiliklərə qarşı səssiz qalan Fransanın bu gün ermənilər üçün bu qədər əldən-ayaqdan düşməsi çox gülünc görünür. Bu, artıq 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Fransanın Azərbaycana qarşı qəbul etdiyi 3-cü qətnamədir. Fransanın qəbul etdiyi bu qətnamələrin hər biri əsassız və gülüncdür. Fransanın bu iki il ərzində atdığı addımlar və qəbul etdityi qətnamələr regionda gərginliyin artmasına xidmət edir. Bu müddətdə Fransanın əsl siması ortaya çıxıb və onun Minsk qrupunun həmsədri kimi keçmiş münaqişənin həllində də heç vaxt maraqlı olmadığı sübuta yetirilib".

Deputat qeyd edib ki, Fransa prezidentinin, Senatının, siyasətçilərinin, eyni zamanda parlament üzvlərinin də mövqeyi bizə aydındır:

"Fransa regionda vəziyyəti gərginləşdirən addımlarına davam edərsə, Azərbaycan bu ölkə ilə münasibətlərinə yenidən baxmalı olacaq. Prezident Emmanuel Makron başda olmaqla, Fransa hər zaman Azərbaycana qarşı ermənipərəst mövqe tutub. Düşünürəm ki, Azərbaycana qarşı aparılan nifrət kampaniyası davamlı olacaq. Ermənistan və havadarları anlamalıdırlar ki, bu cür gülünc qətnamələr və sərsəm açıqlamalar bizi haqq savaşımızdan döndərə bilməyəcək. Biz öz doğma torpaqlarımıza geri qayıdırıq. Bu gün heç bir statusdan söhbət gedə bilməz. Azərbaycan Qarabağ problemini iki il əvvəl öz hərbi gücünə həll edib. Bizə hər hansı ölkənin məsləhəti lazım deyil. Bizim nəyi, necə, nə vaxt edəcəyini yaxşı bilən Ali Baş Komandanımız, ölkə başçımız var. 44 günlük Vətən müharibəsində düşmənin başını əzən "Dəmir yumruq" yerindədir. Danışıqlar masasında yalnız Azərbaycanın diktəsi və şərtləridir. Əvvəl-axır Ermənistan bizim diktəmizlə hazırlanan sülh müqaviləsini imzalayacaq. Çünki sülh müqaviləsindən imtina Ermənistanın bir ölkə kimi xəritədən silinməsinə gətirib çıxaracaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2274   Tarix: 16 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr