Azərbaycanlı müğənnilərin ƏL YANDIRAN TOY QİYMƏTLƏRİ: 15000-20000 AZN - FOTO - SİYAHI

Azərbaycanlı müğənnilərin ƏL YANDIRAN TOY QİYMƏTLƏRİ: 15000-20000 AZN - FOTO - SİYAHIYerli məşhurların şəxsi həyatı, lüks malikanələri, bahalı avtomobilləri qədər toy qiymətləri də daim müzakirə edilən mövzulardandır. Övladının şad günündə müğənniləri görmək istəyənlər isə bunun üçün ətək-ətək pul ödəməlidirlər desək, yanılmarıq.

BAKU.WS saytı olaraq bu dəfə məşhurların toy qonorarlarının nə qədər olduğunu araşdırdıq. Məlum oldu ki, yarım saatlıq çıxış üçün qiymət bütöv toy qiymətindən ən azı 3 dəfə az olur. Yarım saatlıq ifaya 4-5 mahnı daxildir. Toyu əvvəldən sona kimi idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də xidmət haqqına əlavə edir. Bu səbəblə də sənətçilər bütov toy idarəsi üçün yüksək məbləğdə pul tələb edirlər.

BAKU.WS tanınmış müğənnilərin toy qiymətlərini təqdim edir:

Xalq artisti Brilliant Dadaşova toyda yarım saata 6000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, sənətçinin alacağı məbləğ 15000 AZN-ə qədər yüksəlir.

Xalq artistləri Aygün Kazımova, Röya Ayxan və Miri Yusif toyda yarım saata 8000 AZN qazanırlar.

Xalq artisti Faiq Ağayev məclisdə yarım saatı 4000 AZN-ə, bütöv toyu isə 8000 AZN-ə oxuyur.

Xalq artisti Tünzalə Ağayeva toydan yarım saata 4000 AZN qonorar əldə edir.

Xalq artisti Zülfiyyə Xanbabayeva məclisdə yarım saatı 4500-5000 AZN-ə çıxış edir.

Əməkdar artist Elton Hüseynəliyev toydan yarım saata 4000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, 12000 AZN qazanır.

Əməkdar artist Abbas Bağırov məclisdə ansamblla birgə 20000 AZN-ə çıxış edir.

Əməkdar artist Könül Kərimova toyda yarım saatı 3000 AZN-ə, ansambl ilə 8000 AZN-ə oxuyur.

Əməkdar artist Ədalət Şükürov məclisdə yarım saatı 3000 AZN-ə oxuyur.

Əməkdar artist Xumar Qədimova toyda yarım saatı 4000 AZN-ə çıxış edir.

Əməkdar artist Manana Caparidze məclisdə yarım saata 4500 AZN qonorar əldə edir.

Müğənni Xatirə İslam toyda yarım saatı 3500 AZN-ə çıxış edir. Bütün toyu isə 10000 AZN-ə oxuyur.

Meyxanaçı Namiq Qaraçuxurlu məclisdən yarım saata 3000 AZN qazanır.

Müğənni Nadir Qafarzadə toyda yarım saatı 4000 AZN-ə oxuyur.

Müğənni Günay İbrahimli və Sevda Yahyayeva məclisdə yarım saatı 3000 AZN-ə çıxış edirlər.

Müğənni Rüfət Axundov toyda bir saatı 2000 AZN-ə, bütün toyu 4000 AZN-ə oxuyur.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 5918   Tarix: 16 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr
.

Oğlu buna görə Fatimə ilə yaşamır

Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı

10 oktyabr
.

Evliliyin ikinci ili

41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü

28 sentyabr
.

"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…

Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı

10 oktyabr
.

Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - VİDEO

Müğənni Qumralın məclislərin birindəki çıxışı zamanı maraqlı an yaşanıb. xəbər verir ki, sənətçi mahnı ifa etdiyi vaxt yaşlı kişi onunla rəqs etməyə başlayıb. Bu zaman kişinin həyat yoldaşının reaksiyası diqqət çəkib. Qadın ərinin Qumralla rəqs etdiyini gördükdən sonra onu əli ilə kənara çəkərək rəqs

3 oktyabr
.

Talıb Talenin ikinci qızı dünyaya gəlib

Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib

16 oktyabr
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10 oktyabr
.

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)

Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status

11 oktyabr
.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27 sentyabr