Oman körfəzində neft tankeri pilotsuz təyyarə ilə vurulub
Oman körfəzində bir neft tankerinin dron bombası ilə vurulduğu bildirilir.
Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Liberiya bayrağı altında üzən "Pacific Zircon" neft tankeri ötən gecə Oman sahillərində bomba yüklü pilotsuz təyyarə ilə vurulub.
Bölgədəki gəmiçiliyə nəzarət edən Britaniya hərbi təşkilatı "UK Merchant Marine Operations" AP-yə "hadisədən xəbərdar olduqlarını və hazırda araşdırıldığını" bildirib.
Gəminin Sinqapurda yerləşən "Eastern Pacific Shipping" şirkəti tərəfindən idarə edildiyi və israilli milyarder İdan Oferə məxsus olduğu bildirilir.
Yaxın Şərqdə İsrail və İran arasında gərginlik artsa da, daha əvvəl bölgədə İsrailə bağlı gəmilərə pilotsuz təyyarələrlə hücumlar təşkil edilmişdi.
İsrail Ordusu Radiosunun xəbərinə görə, İsrail hərbi rəsmiləri hücumun arxasında İranın olduğunu və hadisənin İranın Qətərdə keçirilən dünya çempionatına müdaxilə cəhdi olduğunu iddia edib.
Həmçinin qeyd olunub ki, israilli milyarder İdan Ofer Sinqapurda yerləşən şirkətdə işləyən gəminin birbaşa sahibi deyil, səhmdarıdır.
İran hələ də İsrailin ittihamı ilə bağlı açıqlama verməyib.
İsrail bundan əvvəl də İrana qarşı oxşar ittihamlar səsləndirib, lakin Tehran administrasiyası bu ittihamları rəsmən etiraf etməyib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1330 Tarix: 16 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO
Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz
17 sentyabr 2021Lukaşenko Düşənbəyə iti ilə səfər etdi
Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru
17 sentyabr 2021Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18 sentyabr 2021Daha bir ölkə sərhədlərini açdı
Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy
17 sentyabr 2021Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO
Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını
17 sentyabr 2021İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI
Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar
17 sentyabr 2021"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16 sentyabr 2021