Pelosi Nümayəndələr Palatasındakı Demokratlar Partiyasının lideri vəzifəsindən istefa verir
Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar Partiyasının lideri vəzifəsini tərk edir.
"Report" xəbər verir ki, o, bu barədə qanunverici orqanın aşağı palatasının iclasındakı çıxışında bildirib.
"Fraksiyamıza böyük inamla mən növbəti Konqresdə yenidən Demokratlar Partiyasının lideri seçilməyə can atmayacağam. Çox hörmət etdiyim Demokratik fraksiyaya yeni nəslin rəhbərlik etməsi vaxtıdır. Çoxlarının bu böyük məsuliyyəti çiyninə götürməyə hazır olduqlarına görə minnətdaram" -deyə, o bildirib.
Buna baxmayaraq, o, təqaüdə çıxmır, ancaq ABŞ Konqresinin Aşağı Palatasında işləməyə davam edəcək.
Qeyd edək ki, 82 yaşlı siyasətçi ilk dəfə 2007-ci il yanvarın 4-də ABŞ Konqresinin Aşağı Palatasının (Nümayəndələr Palatası) sədri seçilib. Bununla da ABŞ tarixində Nümayəndələr Palatasına sədr seçilən ilk qadın olub. O, Prezident və vitse-prezidentdən sonra əhəmiyyətinə görə hakimiyyətdə üçüncü şəxsdir.
Demokratlar Partiyasının lideri, ABŞ Prezidenti Cozef Bayden kimi, onun da erməni lobbisinə və seçicilərinin səsinə olan sevgisinin əsasında anti-Türkiyə ruhu durur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 973 Tarix: 17 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib
ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları
15 oktyabrTramp İrana qarşı yeni addımlar atacağı ilə hədələyib
ABŞ prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağını bir daha bəyan edib. Bununla yanaşı, o, İslam Respublikasına qarşı yeni addımlar atacağı ilə hədələyib. xəbər verir ki, Tramp bu barədə Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçkilərə həsr olunmuş mitinqdə danışıb. "Gözləyin
14 oktyabrİstanbulda leysan davam edir, 2 nəfər öldü - Video
Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatın
15 oktyabrDünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15 oktyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15 oktyabr