Zelenski Ərdoğan və Quterresə təşəkkür edib
Ukrayna prezidenti Zelenski Türkiyə prezidenti Ərdoğana və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Quterresə Qara dəniz taxıl dəhlizi sazişinin davam etdirilməsi ilə bağlı bu gün qəbul edilən qərara görə təşəkkür edib.
Sonxeber.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski gecə saatlarında Telegram hesabında paylaşdığı gündəlik video mesajında Türkiyə, BMT, Rusiya Federasiyası və Ukrayna arasında alınan qərara uyğun olaraq Qara dəniz taxıl dəhlizi sazişinin uzadılmasını dəyərləndirib.
Sözügedən razılaşmaya əsasən, Qara dənizdən taxıl məhsullarının daşınmasının davam edəcəyini bildirən Zelenski, "Bütün çətinliklərə və Rusiyanın manipulyasiyalarına baxmayaraq, Qara dəniz limanlarımızdan kənd təsərrüfatı məhsullarını ixrac etməyə davam edəcəyik.Mən şəxsən BMT-nin baş katibi Quterreşə, Türkiyəyə və prezident Ərdoğana təşəkkür edirəm ",- deyə Zelenski bildirib.
Zelenski bildirib ki, taxıl təşəbbüsü sayəsində avqustun 1-nə kimi 450-dən çox gəmi ilə Ukraynanın Odessa vilayətinin limanlarından ümumilikdə 11 milyon ton ərzaq məhsulları ixrac edilib.
Rusiyanın bu gün Ukraynaya qarşı hava hücumları həyata keçirdiyini bildirən Zelenski hücumlar nəticəsində 7 mülki vətəndaşın həyatını itirdiyini və bu sayın arta biləcəyini bildirib.
Bu gün baş verən hücumlarda Ukraynada enerji infrastrukturlarının zədələndiyini bildirən Zelenski, başda paytaxt Kiyev olmaqla ölkənin müxtəlif bölgələrində 10 milyondan çox insanın işıqsız qaldığını qeyd edib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1113 Tarix: 18 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail ordusu Qəzzada 1,5 kilometr uzunluqda gizli tuneli məhv edib
İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən qazılmış 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubunda mühəndis-istehkam bölmələri "Yahalom"
15 oktyabrDünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15 oktyabrYəməndə prezident sarayına raket hücumu: 5 nəfər ölüb
Yəməndə husilərin raket hücumu nəticəsində prezident sarayı ərazisində azı beş nəfər həlak olub. Hadisə ölkədə davam edən silahlı qarşıdurma fonunda baş verib. The Guardian-a istinadən xəbər verir ki, hücum Yəməndə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Husilər ölkənin bəzi ərazilərinə nəzarə
16 oktyabrTramp İrana qarşı yeni addımlar atacağı ilə hədələyib
ABŞ prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağını bir daha bəyan edib. Bununla yanaşı, o, İslam Respublikasına qarşı yeni addımlar atacağı ilə hədələyib. xəbər verir ki, Tramp bu barədə Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçkilərə həsr olunmuş mitinqdə danışıb. "Gözləyin
14 oktyabrSibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua
15 oktyabrYaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd
15 oktyabr