Azərbaycana daha 10 zubr gətirilib

Azərbaycana daha 10 zubr gətirilibIDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana daha 10 zubr gətirilib.

BAKU.WS xəbər verir ki, bu barədə IDEA-dan bildirilib.

Almaniyanın "Tierpark Berlin" zooloji parkından gətirilən daha 10 zubrla birlikdə hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində zubrların sayı 41-dir. Yeni gətirilən zubrlar bir müddət volyer şəraitində saxlanacaq, adaptasiya dövrünü keçdikdən sonra Şahdağ Milli Parkının ərazisinə buraxılacaq.

Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur.

Qeyd edilib ki, zubrların Azərbaycanın təbiətinə qaytarılması üzrə sözügedən layihəyə 2019-cu ildə start verilmişdir. IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş bizonların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. 2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Hollandiya zooparklarından Azərbaycana 26 baş bizon gətirilib, onların sayı təbii şəkildə artaraq 31-ə çatıb.

Zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilmişdir. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam edir.

Zubrların Azərbaycanda biomüxtəlifliyinin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, layihənin təşkilatçıları Azərbaycanın şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə bütöv ölkə ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işində dəstək olmağa çağırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1462   Tarix: 23 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021