Kukla Teatrında nə baş verir? - VİDEO
Mədəniyyə Nazirliyinin müvafiq əmrinə əsasən, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında noyabrın 21-dən etibarən yoxlamalara başlanılıb. Yoxlamanın nə zaman yekunlaşacağı isə hələlik məlum deyil.
Baku TV-nin əməkdaşı məsələnin nə yerdə olduğunu öyrənmək üçün Kukla Teatrına üz tutub.
Teatrın sözçüsü Həmidə Rüstəmova mövzu ilə bağlı açıqlama verib:
"Bizi narahat edən məqam yoxlamanın vaxtının uzadılmasıdır. Yəqin bu, onların iş qrafikinə, yaxud iş templərinə görədir. Dünən kütləvi informasiya vasitələrində belə bir informasiya dolaşdı ki, yoxlamanın müddəti uzadılıb, əlavə mütəxəssislər cəlb olunub. Məlumat üçün deyim ki, nə vaxtın uzadılması, nə də əlavə mütəxəssislərin cəlb edilməsi ilə bağlı bizə əlavə əmr gəlməyib".
Mədəniyyət Nazirliyinin sözçüsü Nuridə Allahyarova da məsələyə münasibət bildirib:
"Kukla Teatrında Mədəniyyət Nazirliyi tərəfindən aparılan yoxlamalarda ajiotaja səbəb olacaq hər hansı bir məqam görmürük".
Qeyd edək ki, Mədəniyyət naziri Anar Kərimovun noyabrın 18-də imzaladığı əmrlə Kukla Teatrında yoxlama başlayıb. Yoxlamanın noyabrın 25-də bitəcəyi gözlənirdi.
Daha ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3110 Tarix: 26 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video
Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər
14 oktyabrMəktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri
Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan
14 oktyabrBakıda 14 küçə və prospekt təmirə bağlanacaq
Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd
14 oktyabrDeputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi
Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə
16 oktyabrAysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15 oktyabrSabah 31° isti olacaq
Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq
15 oktyabrAprelin 1-dən kartdan karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi
Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti
14 oktyabr