Məktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri
Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir.
Bu baxımdan, məktəbli forması ilə bağlı tələblərin aydın müəyyən edilməsi və bütün şagirdlər tərəfindən yerinə yetirilməsi vacibdir.
Mövzu ilə bağlı İnnovasiya və Qadın İnkişafı Təşəbbüsləri İctimai Birliyinin sədri, qabaqcıl təhsil işçisi Gülnarə Əmiraslanova Sonxeber.az-a açıqlamasında bildirdi ki, məktəb - yalnız fənlər üzrə bilik verən təhsil müəssisəsi deyil, həm də sosial bərabərliyin, vətəndaşlıq məsuliyyətinin və daxili intizamın formalaşdığı mühüm tərbiyə məkanıdır. Müasir təhsil sistemində vahid məktəbli forması və daxili nizam-intizam qaydalarının tətbiqi şagirdlər arasında sosial-iqtisadi fərqləri aradan qaldırmaq, psixoloji bərabərlik mühiti yaratmaq və təlim prosesində diqqəti yalnız təhsilə yönəltmək məqsədini daşıyır. Bu baxımdan daxili qaydalara riayət olunması məktəb mühitinin sağlamlığı üçün vacib şərtdir.
Lakin son dövrlərdə daxili nizam-intizam və vahid geyim qaydaları ilə fərdi/dini inancların toqquşdurulması pedaqoji və hüquqi müstəvidə ciddi təhlil tələb edən məsələyə çevrilmişdir. Məsələyə pedaqoji yanaşmanın əsas prinsipi uşağın ali mənafeyini və onun təhsil almaq hüququnu hər şeydən üstün tutmaqdır. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq konvensiyalar hər bir uşağın təhsil almaq hüququnu təsbit edir. Valideynlərin öz şəxsi dini və ya ideoloji baxışlarını bəhanə edərək övladlarını məktəbdən uzaqlaşdırması, onları təhsildən yayındırması uşaq hüquqlarının birbaşa pozulması deməkdir. Uşaq müstəqil hüquq subyektidir və onun təhsil almaq imkanı fərdi təəssübkeşliklərin qurbanına çevrilməməlidir.
Bu nöqtədə övladının gələcəyinə cavabdeh olan inanclı valideynlərin üzərinə böyük mənəvi və pedaqoji məsuliyyət düşür. İnanclı valideynlərə çağırışımız budur ki, inanc və mənəviyyat dəyərlərini uşağın təhsilinə və inkişafına maneəyə çevirməsinlər. Əsl mənəviyyat uşağı elmdən və cəmiyyətdən təcrid etmək deyil, onu savadlı, dünyagörüşlü və faydalı bir şəxsiyyət kimi yetişdirməkdir. Valideynlər anlamalıdırlar ki, övladlarını məktəb intizamına qarşı qoymaqla və ya dərslərdən saxlamaqla onlar uşağın gələcəkdə cəmiyyətə inteqrasiya olunmaq imkanlarını məhdudlaşdırırlar.
Nəticə etibarilə, məktəb daxili intizamı və vahid geyim qaydaları ilə güclüdür. Təhsil müəssisələri ilə valideynlər arasında qarşıdurma deyil, sağlam dialoq və əməkdaşlıq mühiti qurulmalıdır. Məktəb qaydalarını dəstəkləmək hər bir vətəndaşın borcudur, çünki bu qaydalar uşaqlarımızın təhlükəsiz, bərabər və keyfiyyətli təhsil almasının təminatıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Meteor yağışı olacaq
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"