Azərbaycanda professor elmi adı verilməsi üçün tələblər sərtləşdirilir
Professor elmi adı verilməsi üçün tələblər sərtləşdirilir.
Bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"yə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, professor elmi adı almaq üçün iddiaçının yerinə yetirməli olduğu tələblər sırasına aşağıdakılar da əlavə edilir:
iddiaçı müvafiq ixtisas üzrə xaricdə siyahısı Komissiya tərəfindən müəyyən edilən akademik nəşriyyatlarda həmmüəllifsiz monoqrafiya (xarici dildə, elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilməli, fəlsəfə doktoru dissertasiyasını təkrarlamamalı və həcmi dörd yüz min işarədən az olmamalı) nəşr etdirməlidir (bu halda bu Əsasnamədə nəzərdə tutulmuş monoqrafiyanın nəşr etdirilməsi tələb olunmur);
iddiaçının siyahısı Komissiya tərəfindən müəyyən edilən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (bazalarında) H-indeksi humanitar və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri üzrə azı on olmalıdır (özünə istinadlar istisna olmaqla).
Eyni zamanda fərmana əsasən, Professor elmi adı elmi fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrində direktor, elmi işlər üzrə direktor müavini, elmi katib, şöbə və ya laboratoriya müdiri, şöbə və ya laboratoriya müdirinin müavini, baş elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi vəzifələrindən birini tutan, fəlsəfə doktoru elmi dərəcəsi olan, dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda veriləcək:
dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı on beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş humanitar və ictimai elmlər üzrə azı beş dəqiq və təbiət elmləri üzrə azı on (o cümlədən azı beşi həmmüəllifsiz) elmi məqalə təqdim etməlidir və iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı iki mütəxəssis elmi dərəcə almalıdır;
dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı on, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş humanitar və ictimai elmlər üzrə azı üç, dəqiq və təbiət elmləri üzrə azı yeddi (o cümlədən azı üçü həmmüəllifsiz) elmi məqalə təqdim etməlidir və iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı dörd mütəxəssis elmi dərəcə almalıdır.
dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı on beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş humanitar və ictimai elmlər üzrə azı beş (o cümlədən azı üçü həmmüəllifsiz), dəqiq və təbiət elmləri üzrə azı on elmi məqalə təqdim etməlidir;
dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı on, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş humanitar və ictimai elmlər üzrə azı üç (o cümlədən azı ikisi həmmüəllifsiz), dəqiq və təbiət elmləri üzrə azı yeddi elmi məqalə təqdim etməlidir və iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı iki mütəxəssis elmi dərəcə almalıdır.
Əvvəllər bu məqalələrdən azı üçünün və beşinin həmmüəllifsiz olması tələb olunurdu.
Professor elmi adı almaq üçün iddiaçının yerinə yetirəcəyi yeni tələblər müəyyənləşir.
Belə ki, iddiaçının siyahısı Komissiya tərəfindən müəyyən edilən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (bazalarında) H-indeksi humanitar və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri üzrə azı on olmalıdır (özünə istinadlar istisna olmaqla).
Fərmanla Komissiyada elmi adlar verilməsinə dair vəsatətlərə baxılma qaydasına da dəyişiklik edilir.
Ekspert şurasına dəvət olunmuş iddiaçı üzrsüz səbəbə görə iki ay müddətində iclasa gəlmədikdə, Komissiya elmi adlar verilməsinə dair sənədlərin ekspertizasını dayandırır və iddiaçıya elmi ad verilməsindən imtina barədə qərar qəbul edəcək. İndiyə qədər elmi adlar verilməsinə dair sənədləri vəsatət qaldıran elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə və ya müdafiənin keçirildiyi dissertasiya şurasına qaytarırdı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır