"Ermənilər hansı ssenarini qursalar da, öz mənfur planlarını reallaşdıra bilməyəcəklər" - Deputat
"Son günlər qanunsuz erməni silahlı dəstələrinin törətdikləri təxribatlar Ermənistanın regionda vəziyyəti yenidən gərginləşdirmək məqsədinə xidmət nedir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, bu gün ermənilər havadarlarına güvənib, sülh müqaviləsini imzalamaqdan boyun qaçırmağa çalışırlar:
"Əslində bu ssenari bizə tanışdır. 30 il ərzində belə ssenarilər quraraq torpaqlarımızı işğalda saxladılar. Ermənilərin məqsədi hələ uzun müddət torpaqlarımızı işğalda saxlamaq idi. Lakin Azərbaycan xalqı işğalla barışa bilməzdi. Elə də oldu. 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən ordusu darmadağın edildi və torpaqlarımız işğaldan azad olundu. Artıq soydaşlarımız hissə-hissə doğma yurdlarına geri qayıdırlar.
Hazırda Qarabağda Ermənistan ordusunun tör-töküntüləri qalmaqdadır. Təbii ki, bu, 10 noyabr bəyanatına və Brüssel razılaşmasına ziddir. Rusiya sülhməramlılarının məskunlaşdığı bölgələrdə hələ də erməni terrorçularının qalması müəyyən sualların yaranmasına səbəb olur. Amma ermənilər hansı ssenarini qursalar da, yenə öz mənfur planlarını reallaşdıra bilməyəcəklər".
Deputat vurğulayıb ki, Paşinyan sülh müqaviləsini nə qədər tez imzalasa, bir o qədər tez xalqını və ölkəsini xilas edəcək:
"Artıq bunu erməni xalqı da anlayır. Onlar artıq aclıqdan, səfalətdən və müxtəlif qüvvələrin əlində maşaya çevrilən savadsız idarə sistemindən beziblər. Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamaq Ermənistanın tək xilas yoludur".
Deputat sonda vurğulayıb ki, Qarabağdakı Ermənistan ordusunun tör-töküntülərinin təxribatları davam edərsə, Azərbaycanın yenidən anti-terror əməliyatına başlaya bilər:
"Ermənistan və havadarları artıq Azərbaycanın 90-cı illərdəki kimi gücsüz və başsız olmadığını yaxşı anlayırlar. Ali Baş Komandan İlham Əliyev düşmənin dənizdən-dənizə "Böyük Ermənistan" planını məhv edərək son 200 il davam edən erməni təxribatına və işğalına son qoydu. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 200 ilin ən şanlı zəfər tarixi yazıldı. Döyüş meydanında əldə etdiyimiz qələbəni cənab Prezident İlham Əliyev yüksək liderlik qabiliyyəti ilə diplomatik cəbhədə də davam etdirir. Bu gün danışıqlar masasında yalnız Azərbaycanın şərtləridir. Əvvəl-axır Ermənistan bizim şərtlərimizlə hazırlanan sülh müqaviləsini imzalamalı olacaq və tezliklə Zəngəzur dəhlizi açıqlacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb