Parlamentdə şok təklif: Azərbaycanın adı dəyişdirilsin
"İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu yaxınlarda Qarabağdakı qələbəmizin rəmzi "Dəmir yumruğu" öz ölkəsinin bayrağının üzərinə yapışdırıb fotosunu paylaşmışdı".
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, səfir bununla Azərbaycanın hədəfinin Cənubi Azərbaycan olduğuna işarə edib.
"Mənim bildiyim qədər ilə, səfir İranın fars-molla rejiminin hüquqlardan məhrum etdiyi Cənubi Azərbaycandandır. O, əslində işarələrlə deyir ki, Prezident İlham Əliyevin "Dəmir yumruğu" Ermənistandan sonra İranın fars-molla rejiminin başına dəyəcək", - deyə o əlavə edib.
Deputat Azərbaycanda Konstitusiya dəyişikliyinin vacibliyini bildirib və ölkənin adının dəyişdirilməsini təklif edib.
"Azərbaycanın adı dəyişdirilərək Şimali Azərbaycan olmalıdır. Çünki Azərbaycan Respublikası Bütöv Azərbaycanın cəmi 20 faizini təşkil edir. Dünyada bir çox xalqlar bölünüb və ölkələrin adları da şimal və cənub deyə müəyyən edilib. Məsələn, Şimali Koreya, Cənubi Koreya və sair. Azərbaycanın da adı dəyişdirilməlidir, ictimaiyyət önündə təklif edirəm ki, ölkəmizin adı Şimali Azərbaycan olsun", - deyə əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb