"Alibaba"nın qurucusu Çindən qaçıb
"Alibaba"nın qurucusu, milyarder Cek Ma Çini tərk edib və yarım ilə yaxındır ki, Tokioda yaşayır.
Bu barədə "Financial Times" nəşri öz mənbələrinə istinadən xəbər verib.
Bildirilir ki, Pekinin ölkənin texnologiya sektoruna və onun nüfuzlu iş adamlarına davamlı təzyiqləri fonunda Çini tərk edən Ma şəxsi aşpazı, cangüdənləri və ailəsi ilə birlikdə Yaponiyaya yollanıb. O, Tokioda özəl klublara gedir, həvəskar kolleksiyaçıya çevrilib və akvarellə rəsm çəkməyə başlayıb. Bundan başqa Çinin bir vaxtlar ən varlı iş adamı Tokiodakı qaynar bulaqlara və xizək kurortlarına baş çəkir, müntəzəm olaraq ABŞ və İsrailə səfər edir.
Qeyd edək ki, 2020-ci ilin oktyabrında Şanxayda keçirilən konfransda çıxışı zamanı Çin tənzimləyicilərini tənqid etdikdən və dövlət banklarını lombard zehniyyətində ittiham etdikdən sonra Cek Ma ictimaiyyət arasında görünməyib. Bundan bir həftə sonra Çin hökuməti "Ant Group" (Manın fintex şirkəti) listinqini dayandırdı, paralel olaraq "Alibaba Group"a qarşı istintaq başlatdı. 2021-ci ildə Çin hakimiyyəti antiinhisar pozuntularına görə "Alibaba"nı rekord məbləğdə - 2,8 milyard dollar cərimələdi./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1067 Tarix: 30 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada qar uçqununa düşən turistlərdən daha ikisinin meyiti tapıldı
Rusiyanın Buryatiya Respublikasında dağlıq ərazidə qar uçqununa düşən turistlərdən daha ikisinin meyiti tapılıb. xəbər verir ki, bu barədə respublikanın Mülki Müdafiə və Fövqəladə Hallar Agentliyi məlumat yayıb. Məlumata görə, Buryatiya dağlarında 38 və 45 yaşlı iki alpinistin cəsədi aşkarlanıb. Qrupu
26 aprelLondon Marafonunda dünya rekordu yenilənib
Keniyalı qaçışçı Sebastiyan Save London Marafonunun qalibi olaraq dünya rekordunu yeniləyib. "Report"un məlumatına görə, o, 42.195 km məsafəni iki saatdan az müddətdə (1 saat 59 dəqiqə və 30 saniyə) qət edib. Efiopiyalı Yomif Kijelça ikinci yeri tutub (1:59.41), 2020-ci il Olimpiya medalçıs
26 aprelSEPAH: İran Ordusu ABŞ və İsrailin istənilən hücumuna hazırdır
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə xəbərdarlıq edib. "Report" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb. "ABŞ və İsrail hərbçiləri İrana hər hansı yeni müdaxilə edərsə, şübhəsiz ki, gözləntiləri üstələyən cavabla qarşılaşaca
26 aprelKrevetkadan insana keçə bilən virus - Qorunma yolları açıqlandı
"Gizli ölüm"ə səbəb olan və mutasiyaya uğramış WSSV nodavirusu hazırda istifadə olunan virusəleyhinə preparatlarla müalicə oluna bilir. xəbər verir ki, bu barədə TASS agentliyinə Uzaq Şərq Federal Universitetinin Tibb və Həyat Elmləri Məktəbinin Fundamental Tibb kafedrasının dosenti, fəlsəf
26 aprelBu çərəzin qiyməti kəskin BAHALAŞDI
İranda müharibə fıstıq qiymətlərinin son illərdə ən yüksək artımına səbəb olub. Mart ayında fıstığın qiyməti 500 qram üçün təxminən 4,57 dollara yüksəlib ki, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir. Dünya fıstıq istehsalının 1/5 İranın payına düşür, bəzi illərdə isə ölkə qlobal ixracın 25-30%-n
26 aprelUkrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 26-da Kiyevdə Moldova parlamenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. O, ölkəsinin hansı formada təmsi
26 aprel