"Laçının bir güllə atmadan və itki vermədən işğaldan azad edilməsi tarixi qələbəmizdir" - Deputat
"28 ildən sonra Laçının bir güllə atmadan və itki vermədən işğaldan azad edilməsi tarixi qələbəmizdir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham ƏLiyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbə düşməni Ağdam, Kəlbəcər və Laçını işğaldan azad etməyə məcbur etdi:
"Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq dekabrın 1-də Laçın rayonu erməni işğalından azad edilib. Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə qazandığı uğurun nəticəsidir.
Digər rayonlar olduğu kimi, Laçın da erməni barbarlığına məruz qalıb. Belə ki, işğal dövründə ermənilər ərazisi 1835 kv. km olan Laçındakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 745 yaşayış evini talan və məhv ediblər. 28 il ərzində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı qarət edilib.
Bilirsiniz ki, iki il öncə Kəlbəcər və Laçını təhvil verərkən erməni vandalları buradakı yaşayış evlərini, ağacları və hətta qəbir daşlarını necə məhv edib daşımaları ilə bağlı görüntüləri xarici mediada baş xəbərə çevrilmişdi. Bu gün Artıq Laçın azaddır. Biz Laçını, Şuşanı və bütövlükdə Qarabağı öz gücümüzə əzəli sahibinə geri qaytarmışıq. 2020-ci ildə tarix yazan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu işğalçıları Laçından qovaraq bütünlükdə Qarabağı düşmən əsarətindən qurtarıb".
Deputat vurğulayıb ki, bu gün erməni vandalları tərəfindən dağıdılan bütün şəhər, rayonlarda yenidən bərpa və quruculuq işləri aparılır:
"Artıq Laçında hava limanının inşasına başlanılıb.Tezliklə Laçında, eləcə də işğaldan azad olunan bütün rayon və şəhərlərdə vətəndaşlarımızın rahat və firavan yaşaması üçün hər bir şərait yaradılacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb