"Fransanın qəbul etdiyi qətnamələr heç bir qüvvəsi olmayan kağız parçasıdır" - Deputat
"Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.
Deputat qeyd edib ki, noyabrın 30-da qəbul olunan qətnamə, bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi, heç bir qüvvəsi olmayan kağız parçasıdır:
"Fransanın Azərbaycana qarşı mövqeyi bəllidir. Növbəti dəfə Azərbaycana qarşı qəbul edilən kağız parçasında "Dağlıq Qarabağ" ifadəsini yazmaq həddini aşmaqdan və növbəti sərsəmləməkdən başqa bir şey deyil. Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşməsinə, regionda sülh və əmin-amanlığın bərqərar olmasına mane olmaq məqsədini daşıyır. Görünür, Makronun sülh müqaviləsini imzalaması Ermənistandan çox Fransanı narahat edir. Məhz buna görə də müxtəlif yollarla Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləməyə çalışır. Fransa qəbul etdiyi qətnamələrlə iki ölkə arasında münasibətləri gərginləşdirməyə çalışır. Əgər Fransanın təxribatları davam edərsə, bu ölkənin Azərbaycandakı səfirliyi ləğv edilə bilər".
Deputat vurğulayıb ki, noyabrın 30-da Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnaməsinin lehinə səs verən şəxslərin adları Xarici İşlər Nazirliyi tərəfindən arzuolunmaz şəxslərin siyahısına əlavə olunmalıdır:
"30 il ərzində torpaqlarımızın işğalda saxlanılmasına göz yuman Fransanın bu cür ermənispərəst mövqe sərgiləməsi əslində gözlənilən idi. Çünki Fransa 44 günlük Vətən müharibəsində sona çatan münaqişənin nizamlanmasına cavabdeh olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi bir dəfə də olsun BMT qətnamələrinin yerinə yetirilməməsinə, Azərbaycanın tarixi torpaqlarının işğal edilməsinə, milyondan çox insanın öz vətənində qaçqın və köçkünə çevrilməsinə, mülki əhalinin məhv edilməsinə etirazını bildirməyib. Səbəbi isə artıq aydındır. Fransa Vətən müharibəsi dövründə və ondan sonrakı zamanda daim ölkəmizə qarşı təxribatlara əl atıb. Cənab Prezident İlham Əliyevin müdrik diplomatik qabiliyyəti nəticəsində Fransanın bütün təxribatları suya düşüb. Bundan sonra da elə olacaq. Bu gün Azərbaycan regionda 30 illik işğalla öz gücünə son qoyan güclü dövlətdir. Fransa Milli Assambleyasının qəbul etdiyi və heç bir hüquqi gücü olmayan qətnamələr, Makronun sərsəm açıqlamaları bizi haqq savaşımızdan döndərə bilməyəcək. Tezliklə Ermənistan Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamalı olacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb