Deputat: "Azərbaycan Laçın yolunda öz nəzarət postunu yaratmalıdır"
"Azərbaycan Laçın yolunda öz nəzarət postunu yaratmalıdır. Qarabağda bu gün fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələri, onun komandanı elə bir cəsarət sahibi deyil ki, özbaşına hərəkət etsin. O, bütün təlimatları Rusiyanın hərbi-siyasi rəhbərliyindən alır. Azərbaycanın təbii sərvətləri daşınır, onun əvəzində isə Azərbaycan ərazilərinə qeyri-qanuni yollarla silahlar gəlir".
Oxu.Az-ın məlumata əsasən, bunu Milli Məclisin iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən sülhməramlılar kontingenti əslində ermənipərəst qüvvələrdir:
"Ona görə də, biz heç bir tərəddüd etmədən Laçın yolunda öz nəzarət postumuzu qurmalıyıq. Mətbuatda yazılır ki, İrandan 14 nəfər şəxsiyyəti, əməli və niyyəti bəlli olmayan adam Xankəndiyə gəlib.
Ehtimallar var ki, bunlar İranın xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Bunlar nəyə görə gəliblər?" - deyə o əlavə edib.
Fəzail Ağamalı Azərbaycanda İrandakı soydaşlarımızın hüquqlarının müdafiəsi məqsədilə ayrıca telekanal açılmasını da təklif edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb