Ermənistan parlamenti Azərbaycan Milli Məclisinə ünvanlanmış bəyanatı qəbul etməyib
Ermənistan parlamenti müxalifət blokunun Azərbaycan Milli Məclisinə ünvanladığı bəyanatı qəbul etməyib.
Belə ki, hakimiyyətə müxalif "Hayastan" fraksiyasının təşəbbüsü ilə hazırlanan sənəd layihəsini səsvermədə iştirak edən 97 deputatdan cəmi 29 nəfər dəstəkləyib.
Səsvermədən əvvəl parlamentdə təmsil olunan müxalifət və iqtidar nümayəndələri arasında üç saatlıq gərgin müzakirələr aparılıb.
Bəyanatın mətnində olan "Dağlıq Qarabağ Respublikası", "Artsax Respublikası", "Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ" və bir sıra başqa ifadələr hakim "Vətəndaş müqaviləsi" partiyası tərəfindən müsbət qarşılanmayıb.
Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclası çağırılıb. İclasda müxalif "Hayastan" blokunun təklifi ilə noyabrın əvvəllərində Azərbaycan parlamentinin təqdim etdiyi sənədə cavab olaraq bəyanatın qəbul edilməsi təklif olunub.
Xatırladaq ki, Azərbaycan Milli Məclisinin qəbul etdiyi bəyanatda Ermənistanın təcavüz, terror və soyqırımı aktları öz əksini tapıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb