Azərbaycanda ŞOK HADİSƏ - Dəfn pulu... - VİDEO
Ölmüş adama görə ödənilən dəfn pulu kredit borcuna yönləndirilib.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Biləsuvar rayon sakini Faiq Əsgərov belə bir iddia ilə çıxış edir.
Faiq Əsgərovun sözlərinə görə, anası Elmira Abbasova oktyabr ayının 24-də vəfat edib. Faiq Əsgərov noyabr ayında anasının ölümü haqqında şahadətnaməni aidiyyəti quruma təqdim edib. Ona bildirilib ki, 720 manat məbləğində olan vəsait poçt vasitəsi ilə ödəniləcək.
Lakin bir müddət sonra bu ödənişin yubanması ilə əlaqədar Faiq Əsgərov "142 çağrı mərkəzi"nə zəng edib. Ona bildirilib ki, adına cəmi 166 manat pul ayrılıb. Faiq iddia edir ki, vəfat etmiş anasının pensiya kartına köçürülən pulunun 554 manatı kredit borcuna görə tutulub.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildiriblər ki, vətəndaşların hesabına köçürülən vəsaitlərdə Fond tərəfindən hər hansı tutulmalar aparılmır. Mərhum Elmira Abbasovanın 2022-ci ilin noyabr ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülüb.
Eyni zamanda, Elmira Abbasovanın vəfatı ilə bağlı dəfn xərci olaraq vəsait də onun vərəsəsi olan oğlunun hesabına tam məbləğdə köçürülüb. Hesabına köçürülmüş vəsaitdən tutulma ilə bağlı vətəndaşın müvafiq banka müraciət etməsi tövsiyə olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2881 Tarix: 02 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-nin və NATO-nun hərbi obyektlərini izləyən azərbaycanlı saxlanılıb
Krit adasında yerləşən NATO bazasını və ABŞ-nin "Gerald R.Ford" aviadaşıyıcısını izləyən Gürcüstan vətəndaşı saxlanılıb. xəbər verir ki, bu barədə yunan KİV-i məlumat yayıb. Yunanıstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılan Gürcüstan vətəndaşının Azərbaycan əsilli olması bildirilir
3 martGüclü geomaqnit qasırğası gəlir - Bu tarixlərdə
Bu gün və sabah geomaqnit sahəsi aktiv olacaq. xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Qeyd olunub ki, geomaqnit sahəsinin daha sonra sakit-aktiv səviyyələr arasında dəyişəcəyi gözlənilir
2 martMəzuniyyətə gedən komandir cinayət törətdi
Qubada 26 yaşlı zabit məzuniyyət vaxtı əmisini öldürməyə cəhd edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, həmin hadisə ilə bağlı məhkəmə araşdırması başa çatıb. İş materiallarında yazılıb ki, N saylı hərbi hissədə bölük komandiri kimi xidmət edən 26 yaşlı Z.Seyidməmmədov məzuniyyətdə olduğ
2 martTemperatur enəcək, qar yağacaq (XƏBƏRDARLIQ)
Martın 4-ü günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının intensi
3 martParlamentdə Ombudsmanın illik məruzəsi müzakirə edilir
Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, məruzəni ombudsman Səbinə Əliyeva təqdim edir. Sənəddə Ombudsman təsisatı tərəfindən 2025-ci ildə görülən işlər, vətəndaşların müraciətləri ilə əlaqəda
3 martİranın müvəqqəti müdafiə naziri öldürülüb
İsrailin "Channel 12" kanalı İranın müdafiə naziri vəzifəsinin icrasını müvəqqəti həyata keçirən Məcid bin əl-Rzanın öldürüldüyü ilə bağlı məlumat yayıb. Bu barədə xarici mediaya istinadən xəbər verir. Qeyd edək ki, general Məcid bin əl-Rza ötən gün İranın müdafiə nazirinin vəzifələrini müvəqqət
3 martAğamirzənin "müəllim" dediyi meyxanaçı QALİB OLDU - VİDEO
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ¼ mərhələnin növbəti iştirakçısı məlum olub. xəbər verir ki, bu dəfə 1/8 mərhələdə meyxanaçılar Pərviz Həşimovla Tərlan Xəlilov üz-üzə gəlib. Gərgin keçən bu yarışda Tərlan həmkarı Pərvizi üstələyərək ¼ mərhələyə yüksəlib. Yarışmaya qonaq qismində qatıla
3 mart