Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər
"Biz növbəti peykin orbitə buraxılması üçün tender elan edəcəyik. Bu gün dünyada bu sahədə ən aşağı qiyməti təklif edən İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin "Space X" şirkətidir".
"Qafqazinfo" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
O vurğulayıb ki, Azərbaycanın 4-cü peykinin 3 ildən sonra - 2025-ci ildə orbitə buraxılması planlaşdırılır: "Əminəm ki, "Space X" yaxşı qiymət verəcək, çünki bütün dünyada, bazarda ən ucuz qiyməti məhz bu şirkət təklif edir. Amma biz indi deyə bilmərik ki, onlarla birlikdə peyki orbitə buraxmağı planlaşdırırıq. Çünki hələ tenderə başlamamışıq. Hələ onlarla kommunikasiya yoxdur. Çünki bizim peyk proqramları hələ iki il sonra olacaq. Növbəti peykimiz yerüstü müşahidə peyki olacaq və "Azersky-2" adlanacaq. Təxminən 2025-ci ilə bu peykin orbitə buraxılması nəzərdə tutulur".
***
Saməddin Əsədov əlavə edib ki, gələn il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində 6 minə yaxın xarici vətəndaşın gəlməsi gözlənilir: "On günə yaxın davam edəcək tədbirdə 200-ə yaxın seminar, görüşlər və s keçiriləcək. Bu böyük bir tədbirdir. Aiddiyyatı dövlət qurumlarının koordinasiya və planlı iş tələb olunur. Bu ilin əvvəli cənab Prezidentin sərəncamı ilə, Baş nazirin rəhbərliyi ilə təşkilat komitəsi yaradılıb. Biz təşkilat komitəsinin çərçivəsində işlərimizi sürətlə aparırıq. Dövlət qurum və təşkilatlatının dəstəyi ilə biz bu tədbiri yüksək səviyyədə keçirməyi planlaşdırırıq".
Qeyd edək ki, 2-6 oktyabr 2023-cü ildə Azərbaycanda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 990 Tarix: 05 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran
14 oktyabrBu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"
15 oktyabrAysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir
14 oktyabrBakıda 14 küçə və prospekt təmirə bağlanacaq
Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd
14 oktyabr