İsmayıllıda səkkiz nəfərin xəsarət aldığı qəza yerindən görüntülər - YENİLƏNİB + FOTO/VİDEO

İsmayıllıda səkkiz nəfərin xəsarət aldığı qəza yerindən görüntülər - YENİLƏNİB + FOTO/VİDEOBu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bununla bağlı FHN məlumat yayıb.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1986-cı il təvəllüdlü Yusifov Elton Yaşar oğlunun idarə etdiyi "Mercedes-Benz Vito" markalı mikroavtobusun idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü E.Y.Yusifov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

14:28

İsmayıllı rayonunda ağır avtomobil qəzası baş verib.

Oxu.Az-ın məlumatına görə, Şəki-Bakı marşrutu ilə hərəkət edən mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi ağaca çırpılıb.

Hadisə nəticəsində, sürücü 1986-cı il təvəllüdlü Elton Yusibov, sərnişinlər – Əmrah Əmrahov, Sərdar Manafov, Xəyalə Nağıyeva və digər üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində, İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində "Mercedes-Vito" markalı avtomobilin sürücüsü, Şəki rayon sakini Elton Yusibovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan yeddi nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

İsmayıllıda səkkiz nəfərin xəsarət aldığı qəza yerindən görüntülər - YENİLƏNİB + FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1320   Tarix: 05 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!

Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran

14 oktyabr
.

Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən vətəndaşlar bəzən yalnız evin qiymətinə, yerləşdiyi əraziyə və görünüşünə diqqət yetirir, lakin sənədlərin yoxlanılması, tikilinin hüquqi vəziyyəti, mənzilin faktiki sahəsi və müqavilə şərtləri kimi mühüm məqamları nəzərdən qaçırırlar. Tələsik verilən qərarlar isə sonradan maddi itkilər

15 oktyabr
.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

15 oktyabr
.

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"

15 oktyabr
.

QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib

Bakıda QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib. Okyabrın 13-də Azərbaycan Milli QHT Forumunun konfrans zalında "QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası" mövzusunda təlim keçirilib. Təlim "İnformasiya və Sosial Təşəbbüslər

15 oktyabr
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15 oktyabr
.

Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir

14 oktyabr
.

"Dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir" - Müşfiq Cəfərov

"Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir. Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq

14 oktyabr
.

Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq

Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd

14 oktyabr