Üç uşaq anasını öldürən ərin cinayət işi: "Bıçağı xirtdəyindən soxdum, özü çıxartdı" - FOTO

Üç uşaq anasını öldürən ərin cinayət işi: "Bıçağı xirtdəyindən soxdum, özü çıxartdı" - FOTOPirallahı rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Əsgər Musayevin cinayət işi üzrə təfərrüat məlum olub.

Ölkə.az xəbər verir ki, hadisə ötən ilin noyabrında qeydə alınıb. 1992-ci il təvəllüdlü Əsgər Musayev şəxsi münasibətlər zəminində mübahisə zamanı arvadı, 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Əsgər Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.

İş üzrə dindirilmiş Əsgər Musayev ifadəsində bildirib ki, 2015-ci ildə xalası qızının vasitəçiliyi ilə məktəbdə onunla bir sinifdə oxumuş və anasıgillə qonşuluqda yaşayan Ayşən Rəhimova ilə tanış olub. Altı aydan sonra sevgilisini öz razılığı ilə Qəbələ rayonuna qaçırıb. On gün rayonda qaldıqdan sonra Bakıya qayıdıblar. Bir müddət atası evində qaldıqdan sonra Ayşənin ailəsinin razılığından sonra onların evində yaşamağa başlayıblar. Ayşənlə qeyri-rəsmi nikahından iki qızı və bir oğlu dünyaya gəlib.

2020-ci ildə arvadının soyuq münasibətinə görə atasıgilin evinə qayıdıb. Amma bir müddətdən sonra uşaqlarsız dözə bilmədiyinə görə Ayşənlə barışıb.

2021-ci il sentyabrın 3-də qayınanası Sevinc Rəhimovanı vurduğuna görə məhkəmənin hökmü ilə CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə təqsirli bilinib. Lakin qayınanası onu bağışladığına görə cinayət təqibinə xitam verilib.

Noyabrın 10-u saat 16 radələrində arvadı "WhatsApp"la onunla əlaqə saxlayıb, uşağı ona qaytarmasını istəyib. Əks halda, gedib polisə şikayət edəcəyini bildirib.

Təxminən 15 dəqiqədən sonra yaşadığı evin qapısı döyülüb. Qapını açanda qayınanası Sevinc Rəhimovanı görüb. Qayınanası nəvəsi Sunayı götürməyə gəldiyini deyəndə əvvəl uşağın evdə olmadığını bildirib. Daha sonra qızı Sunayın paltarlarını geyindirib, onu qucağına alıb masanın üzərindəki mətbəx bıçağını da götürərək evdən çıxıb və qapıda dayanan taksiyə tərəfə gedib. Avtomaşına yaxınlaşanda Ayşənin maşında oturduğunu görüb. Qucağındakı uşağı yerə qoyub, maşının qapısını açaraq arvadından düşməsini tələb edib. Ayşənin avtomobildən çıxmaq istəmədiyini görüb onun saçından tutub. Sevinc qolundan tutduğu üçün yoldaşını maşından çölə çıxara bilməyib. Bu zaman üzərindəki bıçağı çıxarıb arvadına zərbə vurub.

"Maşına sol tərəfdən yaxınlaşıb saçından tutdum ki, düşürüm aşağı. Çıxara bilmirdim. Qayınanam qolumdan tutub mane olurdu mənə. Artıq əsəbiləşdim, bıçağı çıxarıb atdım ona tərəf. Boşluğa getdi bıçaq. Boşluğa gedəndə Ayşən əlimdən aldı bıçağı. Sonra mən onun əlindən tutub aldım bıçağı, istədim ki, ürəyindən vurum, boğazından batdı. Ayşən maşının qapısını bağladı, mən də qabaq qapını açıb, girdim maşına, istədim onu düşürüm aşağı".

Əsgər Musayev ifadəsinin davamında bildirib ki, bu zaman Ayşən maşından düşərək qaçmağa başlayıb. Təxminən 30 metr qaçdıqdan sonra ona çatıb. Qadın yalvarıb vurmamasını xahiş edəndə uşaqların bu evdə qalacağını deyib. Ayşən bununla razılaşmadıqda boyun nahiyəsinə daha bir zərbə endirib. Qadın xəstəxanaya çatdırılsa da, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

"Qaçıb çatdım, dedim, uşaqlar burada qalacaqlar, sən ananı götür, get. O da dedi ki, yox, uşaqlar da bizimlə gedəcəklər. Bu zaman bıçağı hülqumuna (xirtdək) soxdum, bıçaq qaldı boğazında. Özü əli ilə bıçağı çıxarıb qanı axa-axa maşına tərəf getmək istəyəndə yıxıldı. Anası gəlib maşına apardı".

Musayev bildirib ki, onlar çıxıb getdikdən sonra evə keçib paltarlarını dəyişib. "102" xidmətinə zəng edib, hadisə barədə məlumat verib.

Məhkəmə prosesində Əsgər Musayev ittiham üzrə özünü təqsirli bilməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.

Sonda məhkəmənin hökmü ilə Əsgər Musayev 17 il müddətinə azadlıqdan məhrum olunub.
Üç uşaq anasını öldürən ərin cinayət işi: "Bıçağı xirtdəyindən soxdum, özü çıxartdı" - FOTOÜç uşaq anasını öldürən ərin cinayət işi: "Bıçağı xirtdəyindən soxdum, özü çıxartdı" - FOTOÜç uşaq anasını öldürən ərin cinayət işi: "Bıçağı xirtdəyindən soxdum, özü çıxartdı" - FOTOÜç uşaq anasını öldürən ərin cinayət işi: "Bıçağı xirtdəyindən soxdum, özü çıxartdı" - FOTOÜç uşaq anasını öldürən ərin cinayət işi: "Bıçağı xirtdəyindən soxdum, özü çıxartdı" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2295   Tarix: 05 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!

Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran

14 oktyabr
.

Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən vətəndaşlar bəzən yalnız evin qiymətinə, yerləşdiyi əraziyə və görünüşünə diqqət yetirir, lakin sənədlərin yoxlanılması, tikilinin hüquqi vəziyyəti, mənzilin faktiki sahəsi və müqavilə şərtləri kimi mühüm məqamları nəzərdən qaçırırlar. Tələsik verilən qərarlar isə sonradan maddi itkilər

15 oktyabr
.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

15 oktyabr
.

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"

15 oktyabr
.

QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib

Bakıda QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib. Okyabrın 13-də Azərbaycan Milli QHT Forumunun konfrans zalında "QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası" mövzusunda təlim keçirilib. Təlim "İnformasiya və Sosial Təşəbbüslər

15 oktyabr
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15 oktyabr
.

Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir

14 oktyabr
.

"Dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir" - Müşfiq Cəfərov

"Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir. Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq

14 oktyabr
.

Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq

Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd

14 oktyabr