"Qardaş yumruğu" təlimində tanklar, təyyarələr, helikopterlər və PUA-lardan istifadə edilib - FOTO
Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində tanklar, artilleriya batareyaları, təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib.
Birgə təlim iki ölkə silahlı qüvvələrinin əməkdaşlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır.
Dekabrın 6-da soyuq və qarlı havada həyata keçirilən təlim çərçivəsində ilk olaraq artilleriya batareyaları ilə müəyyən edilmiş hədəflərə atəş açılıb.
Hədəflər dəqiqliklə vurulduqdan sonra tank atışlarına başlanılıb. Sonra "T-72" və "T-90" tankları müəyyən edilən hədəfləri məhv etdikdən sonra ikinci dəfə artilleriya batareyaları atəş açıb. Artilleriya atəşindən sonra isə zirehli bölmələrin hücumları başlayıb.
Təlimin növbəti hissəsində şərti yaralılar helikopterlə təxliyə olunub, eyni zamanda ponton körpülərlə çaydan keçmə əməliyyatı icra edilib, artilleriya batareyalarının köçürülməsi həyata keçirilib. Bütün bu proses hərbi hava qüvvələri elementlərinin hava dəstəyi ilə reallaşdırılıb.
"Qardaş yumruğu" təlimi planda nəzərdə tutulan hədəflərin tutulması ilə uğurla başa çatıb./Oxu.az





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 894 Tarix: 06 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran
14 oktyabrBu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"
15 oktyabrAysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir
14 oktyabrBakıda 14 küçə və prospekt təmirə bağlanacaq
Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd
14 oktyabr