Polşa Almaniyadan1,3 trilyon avro təzminat istəyir
Polşa İkinci Dünya Müharibəsində Varşavanın verdiyi itkiləri kompensasiya etmək üçün Almaniyadan təzminat tələb edir.
Sonxeber.az xəbər verir ki, Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik İkinci Dünya Müharibəsində Varşavanın verdiyi itkiləri kompensasiya etmək üçün Berlindən dialoqa doğru addım atacağını gözlədiyini bildirib.
"Səfərlərimin məqsədi həm də Polşa-Almaniya münasibətlərindəki çətin məsələlərdən danışmaqdır. Bunlar dialoq yolu ilə həll edilməlidir.Dünyanın iki qütblü bölünməsi İkinci Dünya Müharibəsindən sonra Polşa ilə Almaniya arasındakı məsələnin tənzimlənməsini qeyri-mümkün etdi. Müharibə nəticəsində ən böyük zərəri Polşa gördü" ,- deyə nazir müavini bildirib.
Bir qrup ekspertin apardığı araşdırmalar nəticəsində hazırlanan hesabatı xatırladan Mularçik 6,2 trilyon zloti (1,3 trilyon avro) zərərin olduğunu qeyd edib.
"Polşa dövləti dialoq gözləyir. Bu cür çətin məsələlər müzakirəsiz qalmamalıdır. Almaniyaya insana hörmət edən bir ölkə kimi yanaşmaq istəyir. Buna görə də onlar Polşa cəmiyyətinə təsir edən vəziyyətlə üzləşməlidirlər" ,- deyə Polşa parlamentinin Almaniyanı demoqrafik və maddi itkilərə görə məsuliyyəti öz üzərinə götürməyə çağırdığını qeyd edib.
Hakim mühafizəkar millətçi Hüquq və Ədalət Partiyasının lideri Yaroslav Kaçinski Berlində İkinci Dünya Müharibəsi təzminatları məsələsinin gündəmə gətirilməsinə qərar verildiyini bildirib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1048 Tarix: 07 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"
İtaliyanın Baş naziri Corcia Meloni Aİ sammiti ərəfəsində ölkə parlamentində çıxış edərək Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb. Meloni vurğulayıb ki, Ukraynanın təslim olması Avropaya sülh gətirməyəcək
14 oktyabrArtıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14 oktyabrİstanbulda leysan davam edir, 2 nəfər öldü - Video
Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatın
15 oktyabrAlmazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15 oktyabrABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib
ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları
15 oktyabrABŞ Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi təklif edir
ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uittok və iş adamı Cared Kuşner Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının qismən aradan qaldırılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin yenidən başlamasına kömək etməlidir. xəbər verir ki, b
15 oktyabr