Bakı-Quba yolunda qəzaya düşən müəllimlərin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB + FOTO

Bakı-Quba yolunda qəzaya düşən müəllimlərin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB + FOTOBakı-Quba yolunda baş verən hadisə ilə əlaqədar 3 nəfərin (hər biri qadın olmaqla) müalicəsinə TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzində davam edilir. Onların vəziyyəti hazırda orta ağırdır.

Hadisə nəticəsində xəsarət alan 1 nəfər isə (kişi olmaqla) Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub.

Qeyd edək ki, xəsarət alanların diaqnozları əsasən döş qəfəsinin küt travması, kürəyin küt travması, sınıqlar, cırılmış yaralar olub.

12:52

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.

O bildirib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib:

"Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar".

Qeyd edək ki, E.Rüstəmov həm də idman jurnalisti idi. O, "Neftçi TV"də şərhçi kimi çalışıb.

10:16

Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.

Mikroavtobusla minik maşınının toqquşması nəticəsində bir nəfər ölüb, 5 nəfər ağır xəsarətlə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakı-Quba yolunda qəzaya düşən müəllimlərin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB + FOTOBakı-Quba yolunda qəzaya düşən müəllimlərin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB + FOTOBakı-Quba yolunda qəzaya düşən müəllimlərin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2351   Tarix: 13 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseyno

4 oktyabr
.

"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı

Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Salahov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, hadisə rayonun Mahrızlı kəndind

11 oktyabr
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

3 oktyabr
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

3 oktyabr
.

Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto

Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl

12 oktyabr
.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

11 oktyabr
.

Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video

Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi

15 oktyabr
.

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı

Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu

29 sentyabr