"Rus sülhməramlılarının mandatı məhdudlaşdırılmalıdır" - Aydın Hüseynov
"Azərbaycan ekoloqları və jurnalistlərinin qanundan kənar fəaliyyətləri yoxdursa, niyə Xankəndinə buraxmırlar? Jurnalistlərə qarşı göstərdiyi zorakılıq öz səlahiyyətlərini aşmaq, Azərbaycanın suveren hüquqlarına qarşı çıxmaq deməkdir. Rusiya sülhməramlılarının bu fəaliyyəti qəbulolunmazdır".
Bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov Sonxeber.az-a açıqlamasında deyib.
O həmçinin qeyd edib ki,bu gedişlə Rusiya sülhməramlılarının mandatı məhdudlaşdırılmalıdır:
"Ermənistan 30 ildən çoxdur ki, Azərbaycanın həm yerüstü, həm yeraltı sərvətlərini talayır və bu gün də talançılıqla məşğuldur. Ona görə də ekoloji monitorinq keçirməsi Azərbaycanın suveren hüququdur. Azərbaycan ekoloqları və jurnalistlərinin qanundan kənar fəaliyyətləri yoxdursa, niyə Xankəndinə buraxmırlar?
Sülhməramlılarn hərəkəti təəccüb doğurur. Rusiya sülhməramlı kontingenti öz üzərinə düşən missiyanı pozur. Onlar uzunmüddətli sülh üçün zəmin yaratmalıdırlar. İndi isə Azərbaycana qarşı hörmətsizlik göstərirlər. Jurnalistlərə qarşı göstərdiyi zorakılıq öz səlahiyyətlərini aşmaq, Azərbaycanın suveren hüquqlarına qarşı çıxmaq deməkdir. Rusiya sülhməramlılarının bu fəaliyyəti qəbulolunmazdır. Bu gedişlə onların mandatı məhdudlaşdırılmalıdır. Onlar Ermənistana, eləcə də separatçılara fəaliyyətinə dəstək vermiş olurlar. Onların fəaliyyətinə yenidən baxılmalıdır".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb