Azərbaycan və Ermənistan XİN rəhbərləri yaxın həftələrdə görüşəcək
Yaxın həftələrdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında müzakirələr üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasından 30 illik işğalın ağır nəticələrinin aradan qaldırılması və öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın təhlükəsiz və ləyaqətli geri qayıdışının təmin edilməsi Azərbaycan üçün ən vacib prioritetdir.
"Bu məqsədlə işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Əlamətdar haldır ki, bu il keçmiş məcburi köçkünlərin ilk qrupunun öz yurdlarına qayıtması artıq baş tutmuşdur. Bu 700 minə yaxın Azərbaycanlı məcburi köçkünü əhatə edəcək "Böyük Qayıdış" proqramının praktiki icrası istiqamətində ilk addımdır", - C.Bayramov qeyd edib.
Nazir vurğulayıb ki, ərazilərin minalar və digər partlayıcılarla çirkləndirilməsi bərpa və quruculuq işləri üçün ən ciddi əngəl təşkil edir:
"Ermənistan tərəfindən bütün mina sahələrinə dair tam və dəqiq məlumatların Azərbaycana verilməməsi, əksinə, ərazilərimizdə yeni minaların basdırılmasının davam etdirilməsi Ermənistanın sülhün təmin edilməsində maraqlı olmadığının əlavə sübutu kimi ciddi narahatlıq doğurur".
"Azərbaycan Ermənistanla bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı olaraq tanınması və hörmət edilməsi əsasında ikitərəfli münasibətlər qurmaq, münaqişə səhifəsini qarşılıqlı faydalı əməkdaşlıq, normal qonşuluq münasibətləri ilə əvəz etmək niyyətində qətiyyətlidir. Bu məqsədlə, iki ölkə arasında qarşılıqlı münasibətlərə dair müqavilənin mətni üzrə növbəti yenilənmiş təkliflər tərəfimizdən qarşı tərəfə təqdim edilib, yaxın həftələrdə iki ölkənin xarici işlər nazirləri arasında müzakirələr üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulur. Azərbaycanın bu məsələdə də mövqeyi ardıcıl və prinsipialdır, beynəlxalq hüquqa və ədalətə əsaslanır", - C.Bayramov söyləyib.
Nazir ümidvar olduğunu əlavə edib ki, sülh məqsədilə atılan addımlar nəhayət ki, Ermənistan tərəfindən zəruri siyasi iradə və praktiki fəaliyyətlə cavablandırılacaq:
"Normallaşma prosesinin məntiqi nəticəyə çatması üçün Ermənistan tərəfindən üzərinə götürülmüş öhdəliklərin təxirə salınmadan icra edilməsi, Azərbaycana qarşı əsassız ərazi iddialarına qətiyyətlə son qoyularaq, normal qonşuluq münasibətlərinin təsis edilməsi üçün əməli addımların atılması mühüm şərtdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb