"Moskva "paraya dəymə, bütövə toxunma" mövqeyindən çıxış edir" - RƏY
İstiqamət: İctimai və dövlət maraqlarının müdafiəsi
"Azərbaycanın Dağlıq Qarabağdakı qızıl mədənlərinin qeyri-qanuni istismarı ilə bağlı məsələlərə hüquqi zəmində aydınlığın gətirilməsi ilə bağlı monitorinq keçirmək istəyi qanuni və anlaşılandır. Həmin ərazilərə Azərbaycanın dövlət orqanları da nəzarət etməlidir".
Bu sözləri politoloq Elşən Manafov Sonxeber.az-a Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyasının 25 günü ilə bağlı danışarkən deyib.
O həmçinin qeyd edib ki, Rusiya sülhməramlılarının indiyədək bəlli problemləri həll etməməsi onların bölgədə qalma müddətləri başa çatdıqdan sonra burada qalma imkanlarını çətin duruma salacaq. Odur ki, Kreml gələn ildən başlayaraq Ermənistana aid olan qoşunların mərhələlərlə buradan çıxarılmasına start verəcək:
"Azərbaycanın Dağlıq Qarabağdakı qızıl mədənlərinin qeyri-qanuni istismarı ilə bağlı məsələlərə hüquqi zəmində aydınlığın gətirilməsi ilə bağlı monitorinq keçirmək istəyi qanuni və anlaşılandır. DQ beynəlxalq birlik tərəfindən Azərbaycan dövlətinə aidiyyəti olan ərazi kimi qəbul edilib, lakin münaqişə ilə bağlı erməni tərəfinin təbliğatı, informasiya müharibəsinin reallıqları, nəhayət məlum dövlətlərin bəlli dairələrinin ikili siyasəti ucbatından mübahisəli ərazi kimi təqdim olunmaqdadır. 2020-ci ilin Moskva razilaşması Ermənistanin rəsmi kapitulyasiyası kimi qəbul olunsa da etiraf etmək lazimdır ki, DQ-dan nə Ermənistana aid olan işğalçı qoşunlar, nə də separatçi rejimin tabeliyində olan qeyri-qanuni hərbi birləşmələr tərksilah edilib, ərazidən çıxarılıblar. Bu isə Moskva bəyənatının şərtlərinə uyğun olaraq Rusiyanın sülhməramlılarının üzərinə düşən missiyadır. Sülhməramlıların indiyədək bu məsələnin icrasını nəzarət altına göturməmələri şübhəsiz ki, rəsmi Moskvadan gələn direktivlərlə bağlıdır. Rəsmi Moskva "paraya dəymə, bütövə toxunma" mövqeyindən çıxış edərək münaqişə tərəfləri ilə münasibətlərində narazılıq yarada biləcək problemin həllini uzadır, bu status-kvo Ermənistanı məmnun etsə də, haqlı olaraq rəsmi Bakıda narazılıq yaradır, amma Azərbaycan tərəfi də sülhməramlılarla bağlı məsələlərdə Rusiya ilə münasibətlərdə gərginlik yarada biləcək addımları atmağı dövlətin təhlükəsizlik maraqlarından çıxış edərək atmır və problemin həlli üçün "yumşaq diplomatiya", yəni vətəndaş cəmiyyətinin institutlarına müraciət edir, onların vasitəsilə sülhməramlıları daha obyektiv mövqe sərgiləməyə sövq etmək istəyir. Hadisələrin eskalasiyası rəsmi Moskvanın maraqlarına cavab vermir, çünki Ukraynadakı qarşıdurmanın güclənməsi fonunda Rusiya daha bir bölgədə vəziyyətin gərginləşdirilməsi mövqeyindən uzaqdır. İdarə olunan xaos burada daha çox Qərbin maraqlarına cavab verəcək, üstəlik Rusiya sülhməramlılarının indiyədək bəlli problemləri həll etməməsi onların bölgədə qalma müddətləri başa çatdıqdan sonra burada qalma imkanlarını çətin duruma salacaq. Odur ki, Kreml gələn ildən başlayaraq Ermənistana aid olan qoşunların mərhələlərlə buradan çıxarılmasına start verəcək, bu prosesi isə özunun DQ-dakı nümayəndəsinin İrəvanda hakimiyyətə gəlməsinə qədər uzadacaq. Bu müddət ərzində rəsmi Bakının DQ-da monitorinqin keçirilməsi ilə bağlı cəhdlərinin qarşısı "təxribatların baş verməsinə" yol verməmək adı ilə əngəllənəcək".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb