"Beynəlxalq ictimaiyyəti ikili standartlardan əl çəkərək aksiyaçıların ədalətli səsinə səs verməyə çağırıram" - Deputat
"5-ci gündür ki, ekoaktivistlər, QHT nümayəndələri və ümumiyyətlə ölkəmizin müxtəlif sferalarını əhatə edən insanlar aksiya keçirərək Ermənistan ərazisindən Azərbaycana silah-sursat və hərbçilərin daşınması, milli sərvətlərimizin ölkədən çıxarılması və digər qanunsuz əməllər üçün istifadə olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə, qanunsuzluğa son qoyulmasını tələb edirlər".
Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.
Deputat təəssüflə vurğulayıb ki, gecə-güdüz ekologiyanın qorunmasından, ədalətdən, sülhdən, regionda kommunikasiyaların açılmasından danışan Qərb Azərbaycan vətəndaşlarının bu haqlı tələbləri müqabilinddə səsini çıxarmır:
"44 günlük Vətən müharibəsinin başa çatmasından keçən iki ildə Azərbaycan öz sərhədlərinə nəzarət edir və işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri aparır. Öz suveren ərazilərinə nəzarət etmək beynəlxalq hüquq normalarına görə də Azərbaycanın haqqıdır. Biz Qarabağda erməni əsilli vətəndaşlarımızın yaşadıqları ərazilərdə yerləşdirilmiş sülhməramlıların 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın tələblərini icra etmədiyini, Ermənistanın özbaşınalıqlarının davam etdirilməsinə göz yumduqılarını və şərait yaratdıqlarını müşahidə edərək səsimizi çıxartmaya bilmərik. Müharibənin başa çatmasından iki ildən çox vaxt keçməsinə baxmayaraq, bəyanatın 4, 7 və 9-cu bəndlərinin tələbləri icra edilməmiş, əksinə, ermənilərin silahlanmasına, ekoloji və mina terrorunun davam etdirilməsinə şərait yaradılır. Hətta müharibə bitəndən sonra da vətəndaşlarımız yeni basdırılmış minalara düşərək həlak olur və xəsarət alırlar. Beynəlxalq ictimaiyyətin bu məsələlərə birtərəfli yanaşması və səsini çıxartmaması erməniləri ruhlandırır və Azərbaycanın ərazilərində yeni cinayətlərin davam etdirilməsinə yol açır".
Deputat vurğulayıb ki, aksiyaya qoşulmuş yüzlərlə aktivistin haqlı tələblərinə uyğun ölkəmizin bütün suveren ərazilərində təhlükəsizliyin təmin olunmasında iştirakımız zəruridir.
"Hesab edirəm ki, Laçın yolunda dövlətimizin nəzarət-keçid məntəqələri yaradılmalı, Xankəndi və digər ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyini təmin etməyimizin zamanı gəlib çatıb. Sülhməramlıların nəzarərəti altındakı ərazilərimizdə yaşayan erməni əsilli vətəndaşlarımız Araik Arutunyan, Ruben Vardanyan və digər separatçıların girovundan azad olunmalıdır. Qarabağda yaşayan dinc əhali Azərbaycan vətəndaşlarıdır. Azərbaycan dövləti dəfələrlə onların ehtiyaclarını ödəməyə, kommunikasiyasını təmin etməyə hazır olduğunu bəyan edib. Bu gün də aksiya iştirakçılarının məqsədi erməni əsilli vətəndaşlarımızı humanitar problemlərlə üzləşdirmək deyil, əksinə onların humanitar problemlərinin həllinə, təhlükəsizliyinin və birgə yaşayışın təmin olunmasına dair iştirakımızla addımların atılmasına təminatın istəyi ilə bağlıdır. Beynəlxalq ictimaiyyəti ikili standartlardan əl çəkərək aksiyaçıların ədalətli səsinə səs verməyə çağırıram".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi