Rumıniya Prezidenti: "Azərbaycanın yaşıl enerji potensialı yüksəkdir"
"Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək və regionda əməkdaşlığı təşviq edəcək mühüm və iddialı sənəddir".
"Report" xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis dekabrın 17-də Buxarestdə bu sazişin imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasda bildirib.
O, yaşıl enerjinin inkişafının vacibliyini vurğulayıb: "Xəzər regionunda, xüsusən də Azərbaycanda yaşıl enerji potensialı yüksəkdir".
Rumıniya Prezidenti qeyd edib ki, növbəti addım Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsi olacaq:
"Biz, həmçinin Konstansadan Gürcüstana dəniz nəqliyyatı ilə əlaqələri artırmaq istəyirik. Bu səylər həm də Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələri gücləndirəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb