Yeni ata olanlara MÜJDƏ - Artıq ödəniş olunması təklif olunur

Yeni ata olanlara MÜJDƏ - Artıq ödəniş olunması təklif olunurYenicə ata olan şəxslərə verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli olması təklif olunur.

Maraqlıdır ki, qanunvericilikdə bu hüquq necə tənzimlənir və hansı maddədə öz əksini tapır? Maraqlıdır ki, belə qanunun olmasından bir çox insan xəbərsizdir.

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov Ednews-a açıqlamasında bildirib ki , Əmək Məcəlləsinin 130-cu maddəsinin B bəndində qeyd olunub ki, həyat yoldaşları doğuşla əlaqadar məzuniyyətdə olan kişilərə 14 təqvim gününə qədər ödənişsiz məzuniyyət verilsin. Lakin bu zaman kişilərə heç bir pul ödənilmir.

Hazırda isə qanunun ödənişli əsaslarla qüvvəyə minməsi üçün Milli Məclisdə məsələ qaldırılıb. Hüquqşünas da bu işlə bağlı mühüm işlərə imza atmağın vacibliyini vurğulayıb.

"Düşünürəm ki, hökümət bu qanununla məşğul olmalıdır".

Sosioloq Rəşad Əsgərov isə qeyd edib ki, bununla bağlı təklif hətta 5 il bundan öncə qaldırılıb.

"Bu məsələni Milli Məclisdəki deputatlar hər dəfə ancaq müzakirə edirlər. Amma bunun həlli üçün müzakirə kifayət etmir. Parlament bu məsələni müəyyən qurumlarla razılaşdırdıqdan sonra qərar qəbul edə bilər. Burada ciddi iqtisadi yük var. Avropa ölkələrində bu qanun mövcuddur. Bizdə bu qanunun qəbul olunacağı gözlənilmir. 5 il əvvəl də bu mövzu müzakirələyə çıxarılmışdı, lakin heç bir nəticə vermədi".

O, həmçinin qeyd edib ki, bu məsələ də eyni ilə uşaq pulunun verilib verilməməsi kimi uzun müzakirələrə məruz qalacaq.

" Bunların hər ikisi də illərdir ki, danışılan, müzakirə olunan amma nəticəsi olmayan məsələlərdir. Hər il bunun müzakirəsi aparılır ancaq ortada heç bir nəticə yoxdur".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3276   Tarix: 17 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ruslan Quliyev dəfn olundu

Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostlar

9 iyun
.

Qlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətində eniş qeydə alınıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızıl isə 54,26 dollar və ya 1,29% ucuzlaşaraq 4 155,71 dollar olub

20 iyun
.

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans

3 iyul
.

Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrin sığortalanmasına dair məlumat bazasının yaradılması istiqamətində işlərə başlanılıb". xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin sədri Ahmet Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AII

25 iyun
.

Azərbaycanda şəkər istehsalı 44 %-ə qədər artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,6 min ton şəkər istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 43,7 % çoxdur. Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisəd

20 iyun
.

"Bakı Kart" kartlarının qiyməti dəyişdirilir

İyulun 1-dən etibarən "Bakı Kart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək. xəbər verir ki, bu barədə "Bakı Kart" məlumat yayıb. Qeyd edək ki, "Bakı Kart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzind

9 iyun
.

Hörmüz boğazının bağlanması dünyanı iqtisadi böhranla üz-üzə qoya bilər? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünyanın ən strateji enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazının yenidən bağlanması ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Böyük Britaniyanın "The Guardian" nəşri yazır ki, boğazın uzun müddət fəaliyyətini dayandırması ölkə iqtisadiyyatını tənəzzül riski ilə üz-üzə qoy

4 avqust
.

Qızıl və gümüş bahalaşdı

Nyu-York Ticarət Birjasında (NYMEX) və onun bölməsi olan "Comex"də qiymətli metalların - platin, palladium, qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur. xəbər verir ki, bu barədə ticarət platformalarının məlumatlarında qeyd edilib. Bakı vaxtı ilə saat 13:45-ə olan məlumata görə, NYMEX-d

21 iyul
.

Azərbaycanda əhalinin gəlirləri nə qədər artıb?

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 milyard 699.8 milyon manata çatıb. xəbər bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumatda qeyd olunub ki, əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz artıb

10 iyun