Tanınmış iş adamı haqqında yazılanlara cavab verdi - AÇIQLAMA
İş adamı Dilsuz Dəmirçiyev son günlər bəzi xəbər saytlarında haqqında yazılanlara münasibət bildirib.
Onun açıqlamasında deyilir:"Muzikol" ailəvi əyləncə məkanı nədənsə bir çox KİV vasitələrində gecə klubu kimi təqdim olunur. Halbuki bu məkan sırf ailəvi əyləncə məkanı kimi nəzərdə tutulub, müğənni və incəsənət nümayəndələrinin iştirakı ilə əyləncəli məclislər təşkil olunur. Hətta bir çox böyük tədbirlərə də təşkilatçılıq və sponsorluq edilib.
Dilsuz Dəmirçiyev bundan əlavə bildirib ki, bəzi KİV nümayəndələri onu gözdən salmaq məqsədi ilə "Klublar kralı" adlandırıblar və onun barəsində xoşagəlməz ifadələr işlədiblər: "Azərbaycan müasir, dünyəvi dövlətdir və burada gecə klublarının fəaliyyəti, gecə klubu işlətmək qadağan deyil. Ölkədə də bir çox klublar var və bunların hər birinin ayrı-ayrı sahibi var. Yəni kiməsə "klublar kralı" və s. uyğun olmayan ləqəbi vermək qətiyyən doğru deyil".
Dilsuz Dəmirçiyev ən sonda onların idarəçiliyində olan istənilən əyləncə məkanı, gecə klubunun qanunlar çərçivəsində idarə edildiyini, şəffaf xəbər hazırlamaq istəyən media nümayəndələri üçün hər zaman qapılarının açıq olduğunu bildirib:
"Sahibkara dəstək olmaq əvəzinə ona böhtan atmaq, adını ləkələmək heç də xoş bir əməl deyil"./Xezerxeber
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqustAleksandr Şarovski ilə vida mərasimi keçirilir
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqustBöyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)
Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə
16 sentyabrXalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır
Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla
20 iyulXanəndənin ürəyində 4 damar dəyişdirildi
Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya
3 avqust