Kreml Bakı ilə saziş imzalayıb: 11-ci bənd işə düşməlidir

Kreml Bakı ilə saziş imzalayıb: 11-ci bənd işə düşməlidirAzərbaycanın Qarabağ iqtisadi rayonundakı və Laçın dəhlizi ətrafındakı vəziyyətə Moskva və Bakı arasında münasibətlərin prinsiplərini müəyyən edən və Rusiya lideri Vladimir Putinlə Azərbaycan lideri İlham Əliyevin 22 fevral 2022-ci ildə imzaladığı və dərhal da qüvvəyə minən bəyannamə prizmasından yanaşmaq vacibdir.

Bu sözləri "Milli müdafiə" jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

O bildirib ki, sözügedən bəyannamənin 11-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatların və şəxslərin fəaliyyətini qətiyyətlə dayandırırlar:

"Bu arada Qərb fəal şəkildə Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirməyə və bu gün əsas səylərini "xüsusi hərbi əməliyyata" yönəltmiş Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. MKİ və Mİ-6 rəhbərlərinin İrəvana səfərləri, Qarabağda erməni separatçılarının nümayişkaranə şəkildə təxribat xarakterli hərəkətləri, AB, Fransa və ABŞ-ın danışıqlar təşəbbüsünü Moskvadan almağa və onu bölgədən çıxarmağa çalışması, güc tətbiq etməyə fəal cəhdlər bu səbəbdəndir.

Zəruri olaraq qeyd edək ki, Laçın dəhlizinin istismar rejimi ilə bağlı bütün suallar Qərb şirkətlərinin qanunsuz iqtisadi fəaliyyəti (separatçı administrasiya tərəfindən sanksiyalaşdırılıb), Qarabağdan qızılın çıxarılması və gizli şəkildə Ermənistan ərazisinə daşınması, böyük miqyasda ekoloji ziyan və ətraf mühitin çirklənməsinə görədir.

Beynəlxalq erməni diasporu tərəfindən Qarabağa sızdırılan Ruben Vardanyan "dövlət naziri" statusu – separatçılar içində müəyyən güc və səlahiyyət – alan kimi pul qazanmağa girişdi, başladı qanunsuz olaraq qızıl çıxartmağa. Məhz buradan hazırkı problemlər yaranıb.

Bu baxımdan Vardanyanın Xankəndidə separatçıların mitinqini keçirmək cəhdlərinin təhlükəsini anlamaq lazımdır, çünki həyəcanlı və aqressiv kütlə istənilən təxribata qadirdir. Ruben Vardanyanın özünə gəlincə, o, sadəcə olaraq, yaşayış şəraiti getdikcə pisləşən yerli erməni əhalisinin narazılığını – Vardanyan və Arutyunyanın kökəlməsi fonunda "yəhərləməyə" çalışır.

Düzünü desək: yalnız Azərbaycanın yurisdiksiyasına keçid Qarabağ ermənilərinə daha yaxşı gələcək, onların həyat və rifahını yaxşılaşdırmaq şansı verəcək. Gələcəkdə Qarabağda öz bələdiyyələrini yaratmağa heç kim mane olmayacaq - lakin bütün bunlar Azərbaycan Konstitusiyasına uyğun baş verməlidir.

Dəfələrlə dediyimi bir daha təkrar edə bilərəm: erməni lobbisinin, beynəlxalq erməni diasporunun və onun arxasında duran Qərb kəşfiyyat xidmətlərinin (MKİ, Mİ6 və DGSE) məqsədi və vəzifəsi rus sülhməramlıları ilə azərbaycanlılar arasında toqquşmalara səbəb olmaqdır. Məqsəd odur ki, Rusiya ilə Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişə başlasın, bunun ardınca Türkiyənin vasitəsilə NATO ölkələrinin hərbi kontingenti Cənubi Qafqaz regionuna yeridilsin!

Yəni söhbət Rusiya Federasiyasına qarşı ikinci cəbhənin açılmasından gedir. Və bütün bunlar ona görədir ki, erməni millətçilərinin Qarabağı Azərbaycandan ayırmaq və orada çürümüş və korrupsioner separatçı administrasiyanı saxlamaq istəklərini həyata keçirsinlər.

Bir vaxtlar erməni millətçiləri SSRİ-nin dağılması mexanizmini işə salmışdılar, indi də Rusiya Federasiyasının dağılması mexanizmini işə salmaq istəyirlər.

Rusiya Federasiyası öz milli maraqlarının ziyanına dünya ermənilərinin eqoist siyasi maraqlarının həyata keçirilməsi üçün alət olmamalıdır və olmayacaq da"./Axar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1462   Tarix: 18 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr