Bəxtiyar Paşa Baş Qərargah rəisi olsun - Millət vəkili
Demokratik ölkələrdə orduya mülki nəzarəti təmin etməyin ən yaxşı üsulu müdafiə nazirinin mülki şəxs olmasıdır. Baş Qərargah rəisinin hərbçi olması yetərlidir. Bundan başqa Silahlı Qüvvələrə güclü parlament nəzarəti təmin edilməlidir. Çox təəssüf ki, bizdə "Silahlı Qüvvələr haqqında" Qanuna görə yalnız Ali Baş Komandanın belə bir səlahiyyəti var.
Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında deyib.
"Çox istərdim ki, müdafiə naziri mülki şəxs, Baş Qərargah rəisi isə Azərbaycan vətəndaşlığını qəbul etmiş general Bəxtiyar Ərsoy olsun. O özünü yaxşı mənada təsdiq etmiş generaldır, xalqımızın ona böyük etimadı var və orduda islahatları həyata keçirmək gücündədir. "Tərtər hadisələri" deyilən, orta əsrlərə xas qanlı cinayətlər və 44 günlük savaş ordumuzun rəhbərliyində ciddi struktur və kadr islahatlarının həyata keçirilməsini, əslində ordunun və məhkəmə sisteminin yenidən qurulmasını qaçılmaz etmişdir. Azərbaycanda ən müasir silahlarla təmin olunmuş, yüksək hazırlıqlı və təminatlı peşəkar ordu qurulmalıdır", - o bildirib./Axar
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb