Lənkəran sakinlərinin qədimdən gələn adəti: Bu gecə mütləq qarpız kəsilməlidir - VİDEO
Dekabrın 20-dən 21-nə keçən gecə yer kürəsi qış fəslinə qədəm qoyur. Cənub bölgəsində bu günə "Çillə Axşamı" deyilir və xüsusi adət-ənənə ilə qeyd olunur.
İlin ən uzun gecəsindən sonra qış başlayır və Çillə bayramı da buna görə qeyd edilir. Bu gecədə qar yağması çoxlu sevincə səbəb olur. Həmin gecə ailə üzvləri, qohum, dost, tanış səmimiyyətlə bir yerə yığışır və ilin ən uzun gecəsini çoxlu meyvə və şirniyyat yeməklə qeyd edirlər.
Bu gecənin ən əhəmiyyətli atributlarından biri qarpızdır. Hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, onlara da valideynləri tərəfindən qarpız hədiyyə edilir. Əksər ailələr çillə qarpızlarını əvvəlcədən alıb saxlayarlar. Bayram günü evində çillə qarpızı, ya da ağ boranı olsun deyə qabaqcadan ehtiyatını tutmayanlar isə səhər tezdən bazara gedirlər.
Bayram axşamı qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, qışdan qorxmamağa işarədir. Həmin gün nişanlı qızlar üçün bayram xonçası aparmaq adəti bu günümüzə qədər gəlib çatıb. Lənkəran bazarına axın da buna görədir.
Çillə qarpızı kəsilən vaxt niyyət tutulur. Qarpızın baş tərəfini kəsirlər və dörd yerə ayırdıqdan sonra atırlar. Əgər hissələrdən ikisi eyni tərəfi üstə düşərsə, misal üçün, 2-si yaşıl, 2-si ağ olarsa, niyyət qəbul edilmiş sayılır. Çillə qarpızını adətə görə evin ağsaqqalı kəsir və ailə üzvlərinə, qonşulara, xüsusən səhhətində problem olan adamlara verir ki, şəfa tapsınlar. İnanca görə, kim çillə axşamı ürəyində niyyət tutub çillə qarpızından və ya boranısından bir dilim yesə, həm niyyətlərinə çatar, həm də növbəti qışa qədər sağlam olar.
Xalq arasında qış fəsli Çillə adı ilə üç yerə bölünür. Bunlar böyük çillə, kiçik çillə, boz ay və ya ala çillə adlandırılır. Böyük çillə 40, kiçik çillə 20 gün, ala çillə isə bir ay davam edir.
Biz də sizə bu ilki qış fəslini ruzi – bərəkətli, sağlam keçirtməyi arzu edirik.
Daha ətraflı APA TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1131 Tarix: 21 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Azərbaycan Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar. Bildirilib ki, bir neçə gün əvvəl bədbəxt hadisə ilə üzləşən və xəstəxanaya yerləşdirilən M.Cavadov tibbi müdaxiləy
14 oktyabr136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb. Bu barədə -a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ünvana təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki məktəbliyə yerində yardım olunub. Qeyd edək ki, ilkin məlumat
13 oktyabrKənd yumurtası bahalaşdı - Topdansatış qiyməti 35 qəpiyə çatdı
Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. Qaynarinfo xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Hazırda bölgələrdə kənd yumurtasının topdansatış qiyməti 35 qəpiyə qədər yüksəlib. Fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında kəndlərd
14 oktyabrAprelin 1-dən kartdan karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi
Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti
14 oktyabrİtkin hərbçiləri axtararkən şəhid olan İlkinin anası vəfat etdi
Vətən müharibəsindən sonra itkin düşmüş hərbçilərimizin axtarışı zamanı minaya düşərək şəhid olan İlkin Bayramovun anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhid anası yaşadığı Ağstafa rayonunda dünyasını dəyişib. O, ötən gün doğma kəndində dəfn edilib. Qeyd edək ki, İlkin Bayramov Vətə
13 oktyabrHeç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran
14 oktyabr