Sığınacaqda əziyyət verildiyi iddia edilən uşağın anasından ŞOK AÇIQLAMALAR - VİDEO
Xəbər verdiyimiz kimi, "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkədə "Sevgi" Uşaq Sığınacağında saxlanılan uşağın vəziyyətinin ağır olması ilə bağlı paylaşım etmişdi.
BAKU.WS-in məlumatına görə, K.Ağazadə paylaşımında uşağın səhhəti ilə bağlı sığınacağı ittiham edərək balacaya həm də burada əziyyət verildiyini bildirib.
Bu dəfə isə "Totu" ləqəbli balacanın anası və sığınacağın rəhbəri sosial şəbəkədə canlı yayım açaraq müxtəlif iddialara cavab veriblər.
Sığınacağın sədri bildirib ki, uşaq elə sığınacağa yerləşdirilərkən xəstə olub:
"Biz uşağı TƏBİB-in tabeliyində olan xəstəxanada dəfələrlə reanimasiyaya yatırmışıq. O, Nevrologiya xəstəxanasında qeydiyyatda olub. Yəni uşaq sığınacağa gətiriləndə də xəstə idi".
Balacanın anası isə onu tənqid edənlərə səslənib:
"Xoşqədəm Hidayətqızı və Kəmalə Ağazadə məni çox ittiham edirlər. Keçmişdə uşaqla qapılarına gələndə məni qovmuşdular. Amma Könül xanım bizə yol göstərib. İndi mənə görə Könül xanımı vurmaq istəyirsiniz, icazə vermərəm. Heç kəs məndən uşağımı ala bilməz. Övladım xəstə olanda mən tək başına idim onun yanında. Bunu hansı biri gördü? İndi Xoşqədəm deyir ki, o pis yola düşüb, buna görə də uşağını əlindən alacam. Xoşqədəm məni 3-4 gün geyindirib studiyasında oturtdu ki, uşağının yanına aparacam. Axırda da çıxardıb 10 manat pul verdi ki, get gör 2 manatlıq yer taparsan gecə qalmağa?"
Sözügedən videonu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1912 Tarix: 21 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çarpayıdan yıxılan 1 yaşlı uşaq xəstəxanada öldü
Şirvanda hündürlükdən yıxılaraq ağır xəsarət alan 1 yaşlı uşaq müalicə aldığı xəstəxanada həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb. Bir gün əvvəl çarpayıdan yıxılan uşaq ağır kəllə-beyin travması alıb. O, kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirva
14 oktyabrLeyla Əliyeva "44"ün təqdimat mərasimindən paylaşım etdi - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən "44" bədii filminin təqdimat mərasimindən görüntülər paylaşıb. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyeva paylaşımı instaqram hesabından edib. Həmin paylaşımı təqdim edirik:
14 oktyabrÜrək köçürüləndən sonra ölən gənc tələbə imiş
Ötən il ürək transplantasiyası edilən Tovuz sakini, 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib. O, müayinə üçün Bakı şəhərinə gedərkən yolda halı pisləşib və nəticə fəciə ilə bitib. Qaynarinfo-nun -a istinadən məlumatına görə, Rəşad Məmmədəliyev tələbə idi. O, Tovuz Dövlət Sosial-İqtisadi Kollecini
14 oktyabr"Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"
"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərql
14 oktyabrİran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur". xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında deyilir. Bildirili
14 oktyabrOrdumuzun ilk qadın snayperi vəfat etdi
I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayper olub
14 oktyabrBir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yeni qaydalarla tənzimlənəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Aviasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin
13 oktyabr