"Xankəndi-Laçın yolunda keçirilən aksiya bir daha dünyaya Azərbaycan xalqının iradəsini və gücünü göstərdi" - DEPUTAT
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 10 gündür ki, davam edir. Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, Xankəndi-Laçn yolunda keçirilən aksiya bir daha dünyaya Azərbaycan xalqının iradəsini və gücünü göstərdi:
"Soyuq və qarlı havaya baxmayaraq fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır. Xankəndi-Laçın yolunda keçirilən və 10 gündür ki, davam edən dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var. Ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri, tələbələr, ümumilikdə bütün aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər. Hər dəfə aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənə qədər buradan çəkilməyəcəklərini bildirirlər. Dinc aksiya iştirakçıları mədənlərin qanunsuz istismarına, ekoloji terrora qarşı və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər".
Deputat qeyd edib ki, illərdir ki, erməni terrorçuları soydaşlarımızı vəhşicsinə qətlə yetirib, işğal etdkləri torpaqlarımızda misli görülməmiş ekoloji terrorlar törədiblər:
"2020-ci ilin sentyabrın 17-də başyan və 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycanın Müzəffər ordusu 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. Elə həmin ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Rusiya sülhməramlıların üzərinə Azərbaycan torpaqlarında gizlənən Ermənistan ordusunun tör-töküntülərini ərazilərimizdən çıxarmaq öhdəliyi qoyulub. Bu bəyanatın imzalanmasından 2 il keçməsinə baxmayaraq erməni terrorçuları hələ də Qarabağda qalmaqdadırlar və orada müxtəlif təxribatlara əl atmaqda davam edirlər. Bu iki il ərzində Rusiya sülhməramlıları nəyinki üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmir, hətta səalhiyyətlərindən istifadə edərək müxtəlif qanun pozuntularına yol verirlər Dəfələrlə Azərbaycan hökuməti tərəfindən xəbərdarlıq olunsa da onlar öz əməllərindən çəkinmədilər. Belə ki, Rusiya sülhməramlıları ermənilərlə əlbir olub, təbii sərvətlərlərimizi talan edir, ekologiyamıza çox ciddi zərərlər toxudurlar. Qarabağdakı bu özbaşınaklığa son qoyulması üçün Azərbaycan dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməlidir. Bunun üçün də hazırda ermənilərin yaşadığı ərazilərə Rusiya sülhməramlıları ilə yanaşı, Azərbaycanın dövlət orqanlarının da nəzarət etməsi vacibdir. 10 gündür ki, davam edən aksiyanın növbəti qələbəmizlə başa çatacağından əminəm. Çünki bu əzm və iradə Azərbaycan xalqında var. İnanıram ki, tezliklə Xankəndi-Laçın yolunda keçirilən aksiya Azərbaycan xalqının növbəti qələbəsi ilə başa çatacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Meteor yağışı olacaq
Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?