Vasif Talıbov hansı xəstəlikdən əziyyət çəkir?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefası ölkədə şok effekti yaratdı. Naxçıvanda yüksək rütbəli məmurların həbsi Ali Məclis sədrinin əl-qolunu bağlasa da, onun qapı arxasında saxlanılacağı gözlənilən deyildi. Buna görə də Naxçıvan "xan"ının qəfil istefası ölkə gündəminin bir nömrəli hadisəsinə çevrildi.
Vasif Talıbov vəzifəsindən istefa verdiyinə dair ərizəni dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edib. Ali Məclis dekabrın 21-də keçirilən növbədənkənar iclasında onun istefasını qəbul edib.
Naxçıvan Ali Məclisinin mətbuat xidməti Vasif Talıbovun istefasının səbəbini açıqlayıb. Mətbuat xidmətinin yaydığı məlumatda Ali Məclis sədrinin səhhətində yaranmış problemlə əlaqədar istefa verdiyi bildirilir.
Vasif Talıbov hansı xəstəlikdən əziyyət çəkir?
"Yeni Sabah" Talıbovlara yaxın şəxslə bu mövzuda dəqiqləşdirmə aparıb. Ailəyə yaxın şəxs söhbət zamanı Vasif Talıbovun səhhətində hər hansı ciddi problemin olmadığını deyib. Onun sözlərinə görə, Ali Məclis sədrinin sağlıq durumu hələ uzun müddət bu vəzifəni icra etməyə imkan verirdi.
Mənbə deyib ki, Vasif Talıbov şəkərli diabetdən əziyyət çəkir. Amma onda şəkərin miqdarı yüksək deyil. O, qida rejiminə əməl etməklə uzun illər ərzində eyni çəkidə qalmağı bacarıb.
Mənbə Vasif Talıbovun sağlam olduğuna dair başqa arqumentlər də gətirib. Bildirib ki, 62 yaşı olmasına rəğmən o, sonuncu dəfə 17 il əvvəl diş çəkdirib.
Müsahibimiz yaxın ətrafında olan bir neçə nəfərin koronavirusa yoluxmasına baxmayaraq, Vasif Talıbovun bu xəstəliyə tutulmamasını onun sağlam və güclü orqanizmə sahib olması ilə əlaqələndirib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2595 Tarix: 22 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müdirlər həmin işçilərə eyni maaşı verməli olacaq
Azərbaycanda maaşın ödənilməsi ilə bağlı yeni qayda müəyyən edilir. xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirə
1 mayPrezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar
Prezident İlham Əliyevin qızları - Leyla, Arzu Əliyevalar və gəlini Alena Əliyeva Buta İncəsənət Məktəbini ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Alena Əliyeva paylaşım edib. Onlar məktəbdəki əsərlərə baxış keçiriblər. Sözügedən fotoları təqdim edirik:
2 mayUcuz mebel adı altında dələduzluq - Saxlanılan var (VİDEO)
Son günlər sosial şəbəkələr və digər onlayn platformalarda ucuz qiymətə mebel satışı barədə elanlar yerləşdirilərək vətəndaşlara qarşı çoxsaylı dələduzluq halları qeydə alınıb. Bu barədə -a DİN-dən məlumat verilib. Bildirilib ki, Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyya
2 mayHava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI
Azərbaycanda hava şəraiti hələ də tam yaz ab-havasını xatırlatmır. Bir çox insan səhərlər qalın geyimlərdən istifadə edir, axşam saatlarında isə temperatur daha da aşağı düşür. Adətən bu dövrdə müşahidə olunan isti və günəşli hava əvəzinə, bəzi bölgələrdə küləkli və sərin hava üstünlük təşkil edir. Paytax
2 mayBu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Bu gündən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilir. Bu barədə -a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Qeyd edilib ki, Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər s
1 may2026-cı ildə uşaqlara daha çox hansı adlar verilib?
2026-cı ilin ilk 4 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub. Trend-in əldə etdiyi məlumata görə, 2026-cı ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Belə ki, 105 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 82, Raul 76, Əli 64, Miran 58, Yusif isə 5
1 mayÖtən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ
Ötən gün Biləsuvarda həyatını itirən həkim Bayraməli Süleyman oğlu Bayramovun ölüm səbəbi məlum olub. -a istinadən xəbər verir ki, o, miokard infarktı səbəbi ilə həyatını itirib. Qeyd edək ki, B.Bayramov uzun illər Nərimankənd kəndində həkim məntəqəsinin baş həkimi kimi çalışıb. O, ən son Biləsuvar Rayo
2 may