Ombudsman: "Dunya Miyatoviçin bəyanatı təəssüf doğurur"

Ombudsman: "Dunya Miyatoviçin bəyanatı təəssüf doğurur""Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin Xankəndi - Laçın yolu ətrafında vətəndaş cəmiyyəti institutları nümayəndələrinin keçirdiyi dinc aksiya ilə bağlı bəyanatı təəssüf doğurur".

Bunu Azərbaycan Ombudsmanı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının bəyanatına münasibət bildirərkən deyib.

Bildirilib ki, İnsan Hüquqları üzrə Komissardan daha obyektiv, qərəzsiz və ədalətli yanaşma gözlənilsə də, onun son bəyanatında yer alan fikirlər həqiqəti əks etdirməməklə yanaşı, siyasi xarakter daşımaqda və regionda sülh quruculuğu fəaliyyətinə kölgə salmaqdadır:

"Məsələ ilə bağlı əvvəlki bəyanatımda da qeyd etdiyim kimi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində Ermənistan tərəfindən faydalı qazıntı yataqlarının qanunsuz istismarı, habelə nəticədə həmin ərazidə yaranan ciddi ekoloji fəsadlar dinc əhalidə əsaslı narahatlıq yaratmaqdadır. Bu səbəbdən vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən mövcud təhlükəyə ictimaiyyətin diqqətini çəkmək məqsədilə dinc aksiya keçirilir.

Sözügedən dinc aksiya humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yaratmır. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlər üçün zəruri malların təminatına və onlara tibbi xidmətlərin göstərilməsinə maneələr yoxdur.

Bilavasitə mandatına aid olsa da, Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş soyqırımlar, şəhər və kəndlərin talan edilməsi, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, Vətən müharibəsi zamanı mülki əhalinin sıx yaşadığı bölgələrin qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutulması nəticəsində yüzlərlə mülki şəxsin həyat və sağlamlığını itirməsi, işğal müddətində və daha sonra torpaqlarımızın minalarla çirkləndirilməsi, dörd minə yaxın itkin düşmüş soydaşımızın taleyi barədə Ermənistan tərəfindən heç bir məlumatın verilməməsi və digər bu kimi beynəlxalq hüququn ümumbəşəri prinsiplərinə zidd olan əməllərlə bağlı faktlar nədənsə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını narahat etməyib.

Qeyd olunmalıdır ki, 30 ilə yaxın öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların azad edilmiş torpaqlara qayıdışı bu gün də Ermənistanın işğal dövründə törətdiyi dağıntılar və mina terroru səbəbindən gecikir.

Xatırlatmaq istərdim ki, hələ 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmış, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdur.

Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən törədilmiş müharibə cinayətləri, eləcə də işğal zamanı və postmüharibə dövründə basdırılmış minaların insanların həyatına yaratdığı ciddi təhlükə və ekosid cinayətləri ilə bağlı dəfələrlə etdiyimiz müraciətlərə münasibət bildirməyən Komissarın hazırda Azərbaycan Respublikası vətəndaşlarının milli qanunvericilikdə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş hüquqlarından istifadə edərək, insanların sağlam ətraf mühitdə yaşamaq hüquqlarını pozan ekoloji terror əleyhinə aksiya keçirməsi ilə bağlı ölkəmizə qarşı əsassız fikirlər səsləndirməsini qərəzli yanaşma hesab edir və bitərəf mövqe sərgiləməyə çağırıram".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 834   Tarix: 23 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr